Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL - XVII tur. “Xəzər Lənkəran” “Muğan”a yenə aman vermədi

Unibank Premyer Liqasının 2009-cu ildə keçirilən son oyununda “Xəzər Lənkəran” ardıcıl dördüncü qələbəsini qazanmaqla faktiki olaraq “altılıq” problemini həll etdi. Komandamıza təsnifat mərhələsinin qalan beş turunda altı xal toplamaq kifayətdi ki, çempionluq uğrunda turnirin iştirakçısı olsun.
 
Dünən son üç ayda dördüncü dəfə “Muğan” qarşısına çıxan “ağ-yaşıllar” istənilən oyunu sərgiləməsələr də, hesablarına növbəti qələbəni yazdılar. Buna qədər ölkə kuboku uğrunda oyunlar da daxil olmaqla komandamıza üç dəfə boyun əyən salyanlılar yenə meydanı başaşağı tərk etməli oldular. Artıq ilk dəqiqələr rəqiblər arasındakı səviyyə fərqini ortaya qoydu. “Xəzər Lənkəran”lı futbolçular az qala palçığa dönmüş meydanda özünü çox incitmədən belə, üstünlüyü əla aldılar və təhlükəli vəziyyətlər bir-birini əvəzləməyə başladı.
Hesab artıq lap debütdə açılmalıydı. Lakin Mario Souza Allan Lalinin sağ cinahdan etdiyi ötürməni rahat qəbul edə bilmədiyindən, təxminən penalti nöqtəsindən vurduğu zərbə rəqib qapıçının şikarına çevrildi. Bir qədər sonra isə İvan Svetkovun ara ötürməsindən sonra qapıyla üzbəüz qalan Souza Edis Kurtanoviçi yerə sərsə də, müdafiəçi topun hücumçumuzdan azca aralanmasından yararlanıb qola imkan vermədi. Bundan bir az əvvəl isə Denis Kalinkov rəqibin cərimə meydanında uzun ötürməni ustacasına qəbul edərək müdafiəçini çarəsiz qoyub sanki “buyur, vur” deyib topu Rahid əmirquliyevin qarşısına ötürdü. Təəssüf ki, gənc futbolçumuza heç kim mane olmasa da, onun zərbəsi qapıdan azca aralı keçdi.
Nəhayət 33-cü dəqiqədə hesab açıldı. Kostadin Todorov hücuma qoşularaq topu rəqibin cərimə meydanına istiqamətləndirdi. Öz növbəsində digər bolqar legionerimiz topu ayaqları arasından buraxaraq müdafiəçiləri mat vəziyyətdə qoydu və Marionun yetişən qola imza atmasına köməklik etdi. Oyunun məntiqi axarına uyğun olma da, cəmi iki dəqiqə sonra adətən asmalar və standard vəziyyətlər hesabına təhlükə yaratmağa çalışan meydan sahibləri bərabərlik topunu vurdular.Amma laynsmanın bayrağının qalxması qolun rəsmiləşməsini əngəllədi. Bununla belə, salyanlılar öz qollarını vurdular. Düzdü bu yalnız oyunun başa çatmasına 12 dəqiqə qalmış baş verdi – əks-hücum zamanı nəzarətsiz qalmış Eldin Adiloviç Vusal Hüseynovun cinah keçidini tamamladı. Amma bunadək ikinci hissədə daha sürətli görünən komandamız hesab arasındakı fərqi artırmışdı. “Muğan”ın cərimə meydanının içərisində topu sinəsinə qəbul edən Mario qapının uzaq küncünün yaxınlığına Svetkovu tapdı və ötən il komandamızın ən yaxşı bombardiri olmuş bolqar cari mövsüm 5-ci qoluna imza atdı. Daha sonra Svetkovun müdhiş zərbəsi dirəkdən döndü. Bir qədər sonra Rahid rəqibin müdafiəsini yararaq qapıçıyla təkbətək çıxıb “duel”i uduzdu. Lalinin iti cinah ötürməsinin qarşısı alınarkən salyanlı müdafiəçi topu tirə göndərdi. Bu fürsətlərin boşa verilməsi son dəqiqələrdə futbolçularımızın baş ağrısına çevrildi. Əgər Kamran Ağayevlə üz-üzə qaldığı epizodda Tomas İnemanla mübarizədə Adiloviç simulyasiyaya yol verərək yıxılmaqla, futbolçularımızın uğursuz süni oyundankənar vəziyyət yaratmaq cəhdi sayəsində sağ cinahdan cərimə meydanımıza daxil olan rəqib futbolçunun zərbə anında qeyri-dəqiqliyi qola mane oldusa, 78-ci dəqiqədə torumuz silkələndi. Və son dəqiqələr sinirlərin oyununa çevrildi. İtirməyə heç nəyi olmayan “Muğan” hətta meydanda on nəfər qalmasına (Devran Ayhanla Ekrem Hodziç arasında düşən mübahisəyə girişən məhsuldar ötürmə müəllifi Vüsal Denis Silvanın üzünə tüpürməklə hakimin qəzəbinə tuş gəldi) baxmayaraq, irəli atıldı.Cərime meydançamızda bir neçə dəfə kritik vəziyyət yaransa da, futbolçularımız ili qələbəylə başa vurmağı bacardılar.
Beləliklə, son dörd oyunda maksimum xal toplayan “Xəzər Lənkəran” rəqiblərinin xal itkisindən yararlanıb tünir cədvəlinin liderlərinə şərik oldu. 2009-u birinci başa vuran “İnter” komandamızı və “Qarabağ”ı cəmi bir xal qabaqlayır. Lakin daha önəmli fakt ondan ibarətdi ki, “Xəzər Lənkəran” “qızıl xallar”a gör həm bu iki, həm də digər rəqiblərindən üstün vəziyyətdədi. Mövsümün davamı isə 40 gün sonra başlayacaq.
“Muğan” – “Xəzər Lənkəran” oyunun texniki nəticələri ilə burada tanış ol.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.