Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL-XVI tur. Rahid “Qəbələ”yə qənim kəsildi

Şənbə günü Unibank Premyer Liqasının XVI turunda “Xəzər Lənkəran” Rahid Əmirquliyevin ustacasına vurduğu qol sayəsində “Qəbələ” üzərində önəmli qələbə qazanaraq hesabına daha üç xal yazdı və eyni zamanda, komandamızı avrokuboklardan uzaq salan ötən mövsümki sensasiyon ev məğlubiyyətinin (1:2) əvəzini çıxmış oldu.
 
Cari mövsüm kifayət qədər iddialı görünən qəbələlilər Lənkərana ən azı bir xal üçün gəlmişdilər. “Altılığ”a düşmək şansını sürdürən və bu mübarizədə heç də aşkar autsayder olmayan “Qəbələ” məqsədinin əsassız olmadığını göstərdi. Gənc mütəxəssis Ramiz Məmmədov döyüşkən, əzmkar və iradəli komanda yaratmağa müvəffəq olub. “Ağ-qaralar” hələ ilk dövrədə keçirilən görüşdə xüsusi əzmkarlıq göstərərək son dəqiqələrdə komandamızın qapısına cavab topunu vura bilmişdilər. Düzü, Lənkəradakı oyun da oxşar süjet xətti ilə cərəyan edirdi. Qonaqlar bir neçə dəfə qol vurmaq imkanı əldə etdilər. Xüsusilə komandamız hesabda irəli çıxdıqdan sonra açıq oyuna getməkdən çəkinməyən “Qəbələ” azı iki-üç dəfə hesabı bərabərləşdirməyə yaxın oldu. Lakin Kamran Ağayevin gözəl reaksiyası, müdafiənin köməyinə gəlmiş Allan Lalinin çevikliyi və hücumçular üçün amansız cəllada çevrimiş İvan Pexanın müdaxilələri komandamızın üstünlüyünün sonadək qorunmasıyla nəticələndi.
Ədalət naminə qeyd etmək lazımdı ki, qəbələlilər Lənkəranda nə qədər inamlı təsir bağışlasa da, “Xəzər Lənkəran” qələbəyə daha çox layiq idi. Hələ ilk yarıda böyük üstünlüyə sahib olan futbolçularımızın qarşısını çoxsaylı qayda pozuntuları hesabına lan qonaqların bəxti komandamızın standard vəziyyətlərdən lazımınca bəhrələnə bilməməsində gətirirdi. Bir dəfə isə yalnız Pavels Doroçevsin əla reaksiyası hesabın açılmasını əngəllədi. Meydanın bizə aid hissəsində topu ələ keçirən Rahid Əmirquliyev təxminən 60-70 metr (!) irəliləyərək “Qəbələ”nin cərimə meydançasına daxil oldu və son gücünü səfərbər edərək zərbə də vura bildi. Di gəl ki, oyunun qəhrəmanlarından olan latviyalı qolkiper tfutbolçumuzun sevinməsinə imkan vermədi. Hər halda həmin axşam Rahid qolunu vurmağa müvəffəq oldu. İkinci hissənin əvvəlində Lalinin bir toxunuşa verdiyi ötürməni qəbul edən milli futbolçumuz sağ cinahdan cərimə meydanına daxil olaraq topu uzaq küncə fırlatdı və cari mövsüm “Xəzər Lənkəran”ın heyətində qol vuran ilk azərbaycanlı kimi tarixə düşdü. Qeyd edək ki, Rahiddən öncə komandamızın qollarına yalnız əcnəbilər – Lalin, Mario Souza, Denis Kalinkov, İvan Svetkov və Junior Osvaldo imza atmışdı. Qolun qeydə alınmasında referi Azad mütəllimovun da ustalığı da vurğulanmalıdı. Lalin Rahidə topu ünvanladıqdan dərhal sonra Vurğun Hüseynovun kobudluğuna məruz qalaraq yerə yıxıldı. Futbolçumuzun ağrıdan çabalamasına baxmayaraq. referi topun rahidə düşdüyünü görərək davam işarəsi verdi və... kobudluq layiqli cəzasını aldı.
Hesab açıldıqdan sonra oyunun axarı xeyli dəyişdi. Artıq qonaqlar müdafiəyə əvvəlki tək diqqət ayırmaq imkanını itirmişdilər. Məhz bundan yararlanan ön xətt futbolçularımız ardıcıl təhlükəli vəziyyətlər yaradırdılar. Maraqlıdı ki, çox saylı qol imkanlarının boşa verilməsinə görə hücumameyyli futbolçularımızı qınamaq da olmur. Sadəcə həmin oyun ikinci yarını axsayaraq keçirən Doroşevsin benefisi idi. Lalinin penaltisini qaytararaq honduraslı legionerimizin bombardirlər yarışında liderliyə yüksəlməsini əngəlləyən legioner qapıçı sonrakı dəqiqələrdə əvvəlcə Svetkovun, ardından isə iki dəfə Kalinkov təhlükəli zərbələrini zərərsizləşdirə bildi.
Beləliklə, “Xəzər Lənkəran” cari mövsüm ilk dəfə ardıcıl üçüncü qələbəsini qazandı. “Qəbələ”dən öncə komandamız “Olimpik-Şüvəlan” və “Turan”ı eyni hesabla (2:1) üstələmişdi. Hazırda komandamız 32 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb və qış fasiləsinə ən pis halda belə bu mövqedə yollanacaq. “Xəzər Lənkəran” növbəti – 2009-cu ildə son oyununa cümə axşamı – dekabrın 24-də Salyanda çıxacaq. Komandamız Premyer Liqanın XVII turunda “Muğan”ın qonağı olacaq.
“Xəzər Lənkəran” – “Qəbələ” oyunun texniki nəticələri ilə burada tanış ol.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.