Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL - XV tur. Gözəl qollar, çətin qələbə

Dünən Unibank Premyer Liqasının XV turunda “Xəzər Lənkəran” Tovuzda “Turan” üzərində çətin qələbə qazandı və uzun müddət sonra ardıcıl iki oyunda üç xal qazanmaq sevinci yaşadı. Komandamızın cari mövsüm yeganə ardıcıl iki qələbə seriyası sentyabr-oktyabr aylarına təsadüf etmişdi. Lakin “Muğan” (2:0) və “Standard” (2:1) qələbələri arasında milli komandamızın seçmə mərhələ oyunları ilə əlaqədar uzun fasilə olmuşdu. Bu dəfə isə “Xəzər Lənkəran” dörd gün ərzində iki eynihesablı (2:1) qələbəyə sevindi – cümə axşamı məğlub edilən “Olimpik-Şüvəlan”ın ardından “Turan”a da eyni aqibət yaşadıldı.
İlk dövrədə Lənkərandan xal apartmağı bacaran “Turan”la oyunun ağır keçəcəyi öncədən bəlli idi. Tovuzlular ötən turlarda bütün favoritlərə çətinlik yarada bilmişdilər. Yüksək səviyyəli turnirlərin keçirilməsi üçün təmamilə yararsız qazona (yeri gəlmişkən, oyundan sonra keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçisi bu problemi xüsusi ilə qabartdı) çıxan “Xəzər Lənkəran” üç xal uğrunda oynamağa deyil, döyüşməyə məcbur oldu. Oyunun ilk dəqiqələrdən hakimin son fitinədək elə də yüksək olmayan tempdə keçdi, çoxsaylı ötürmə və digər texniki səhvlərlə yadda qaldı. İlk yarı ümumiyyətlə komandaların düşünülmüş kombinasiya yarada bilmədilər – 45 dəqiqə faktiki olaraq qapısız oynanıldı. Yalnız bir epizodda Junior Osvaldo topa saxlamadan zərbə endirdi ki, “mərmi” qapı dirəyinin yanından keçdi. İkinci yarıda isə komandamızın topa nəzarət etmək üçün tempi artırmaq cəhdləri uğurlu alındı. Hücumda daha çox vaxt keçirən futbolçularımızın təzyiqi bəhrəsini verdi. Əvvəlcə Şamil Saidov komandamızın heyətində ən yaxşı olan Allan Lalinin iki müdafəçidən sıyrılaraq vurduğu zərbəni dəf etsə də, 54-cü dəqiqədə sJuniorun ikinci cəhdi uğurlu alındı. Uzun müddətdi ki, qola həsrət qalan braziliyalı yarımmüdafiəçi uzaq məsafədən topu “doqquzluğ”a göndərərək şeytanın qıçını qırmağı bacardı.
Qoldan sonra komandamızın işinin daha asan olacağı gözlənilsə də, futbolçularımızın nisbətən sakitləşməsi “Turan”ın lehinə oynadı. Epizodların birində isə top cərimə meydançamızın önündə nəzarətsiz qalan Ruslan Abbasova düşdü. Təcrübəli futbolçu fürsəti qaçırmadı və hesabı bərabərləşdirərək yerli azarkeşləri ümidləndirdi. Lakin cəmi bir dəqiqə sonra İvan Svetkov səhnəyə çıxdı. Hələ də ötənilki oyununu göstərə bilməyən bolqar forvard əvvəlcə ləngiyrk zərbə vurmaq imkanını itirsə də, yenidən müdafiəçidən söyrılıb təxminən 20-22 metrdən uzaq küncü nişan aldı. Rəqib qapıçının səhvi komandamızın qələbə topunun qeydə alınmasıyla nəticələndi.
Amma qeyd edək ki, “ağ-yaşıllar” ilk qoldan sonra olduğu kimi yenə də ərazi üstünlüyünü rəqibə verdilər. Əks-hücumlara bel bağlayan futbolçularımızın qeyri-dəqiqliyi rəqibin qapısı önündə real təhlükə yaratmağa imkan vermirdi. Əvəzində “Turan” bir-iki epizodda hesabı növbəti dəfə bərabərləşdirməyə yaxın olsa da, bəxt “Xəzər Lənkəran”ın tərəfində oldu.
Beləliklə, xəstələnmiş Devran Ayhanla Ceyhun Sultanov, cəzalı Mario Souza və daha öncə zədələnmiş futbolçularsız qalan komandamız iki gözəl qolun sayəsində vacib üç xala sahib çıxdı və turnir cədvəlinin üçüncü pilləsində yerini xeyli möhkəmlətdi. Şənbə günü – dekabrın 19-da isə ”Xəzər Lənkəran” növbəti turda “altılığ”a iddialı “Qəbələ”ni qəbul edəcək.
Oyunun texniki nəticələri ilə burada tanış ol.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.