Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – XIV tur. Lalin ayıldı, “Xəzər Lənkəran”ı yüksəltdi

Bakı səfərindən uğurlu nəticələrlə qayıdan “Xəzər Lənkəran” doğma meydanda “Olimpik-Şüvəlan”dan ilk dövrədəki minimal hesablı məğlubiyyətin əvəzini çıxa bildi – 2:1. Bu qələbə sayəsində komandamız turnir cədvəlinin 3-cü pilləsinə yüksəldi.
Oyunun ilk dəqiqələrindən üstünlüyü əla alan futbolçularımız rəqibi yalnız müdafiı haqda fikirləşməyə məcbur etdilər. Lakin tezliklə (16-cı dəqiqədə) sağ cinahda kifayət qədər inamlı təsir bağışlayan Denis Silva zədələnərək meydanı tərk etməli oldu. Ağasəlim Mircavadov onun əvəzinə meydana Junior Osvaldonu buraxsa da, mövqeyini Rahid Əmirquliyevə tapşırdı. Xırda səhvləri nəzərə almasaq universal Rahid vəzifəsinin öhdəsindən gəldi.
Komandamızın ardıcıl həmlələri hissənin ortalarında bəhrəsini verdi. Hücumlar zamanı dəqiq son ötürmə problem yaratdığı vaxt imdadımıza standart vəziyyət çatdı. Sağ cinahdan İvan Svetkovun asması zamanı sonuncu dəfə oktyabrın 24-də “Simurq”u məyus edən Allan Lalin hamıdan hündürə tullanaraq başla uzaq küncü nişan aldı. Ümumiyyətlə, son oyunları istənilən səviyyədə keçirməyən və hətta ilk “11-lik”də yerini itirən honduraslı forvard “Olimpik-Şüvəlan”ın baş ağrısına çevrilmişdi. Yeri gəlmişkən, matçın taleyini həll edən ikinci qolun memarı da Lalin hesab olunmalıdı. Sağ cinahda topu ələ keçirərək rəqib müdafiəçilərdən sıyrılan bombardir qapı önünə iti ötürmə verdi və “mərmi” Abdulkadir Kamaraya dəyərək tora daxil oldu. Oyunu yüksəl səviyyədə idarə edən FİFA referisi Əfqan Həmzəyev qolu avtoqol olaraq qeydə alsa da, Lalin mövsümdə 6-cı qolunu vurub bombardirlər yarışında təmiz 2-ci yerə çıxdı.
Rəqibin cavab topu isə oyunun məntiqinə uyğun deyildi. Hesabı açdıqdan sonra komandamizin ani boşalmasından yararlanan şüvəlanlılar status-kvonu bərpa etdilər. Bu epizodda həm çempionatın ən yaxşı bombardiri Anatoli Doroşa hava mübarizəsində uduzan Radomir Todorov və qolun müəllifi Viktor İbekoyini nəzarətsiz buraxmış mərkəz müdafiəçiləri səhvə yol vermişdilər. Təəssüf ki, Kamran Ağayev də asmanın Doroşa çatmasını əngəlləmək üçün topa çıxmadı və qapımıza vurulan topun səbəbkarları sırasında yer aldı. Lakin onu da qeyd etmək lazımdı ki, oyunun qalan dəqiqələrində, xüsusilə komanda meydanda on nəfər qaldıqdan sonra müdafiəçilərimiz yüksək əzmkarlıq və döyüşkənlik nümayiş etdirərək qələbə hesabını qoruya bildilər. Bu baxımdan oyuna qızdırması ola-ola çıxmış Devran Ayhan, ağıllı oyunu, mövqe seçimi ilə fərqlənən Tomas İneman və Doroşa göz açmağa imkan verməyən İvan Pexa tərifəlayiq oynadılar.
Çətin üç xal qazanan komandamız bu oyunda xoşagəlməz vəziyyətə də düşməkdən qurtulmadı. Denis Silva zədələnərək Ruslan Poladov və Nizami Hacıyev kimi “oyundankənar” vəziyyətə düşdü. Braziliyalı müdafiəçinin neçə müddətə sıradan çıxdığı daha sonra aydınlaşacaq. Bu azmış kimi, son dəqiqələrdə Kamaranın təxribatına uyaraq Mario Souza rəqibi vurmaqla qırmızı karta layiq görüldü – onun iki oyunluq cəza alacağı dəqiqdi.
Komandamız növbəti qələbəsini qazanaraq çempionatın favoritlərindən olduğunubir daha göstərdi. Qeyd edək ki, turun nəticələrinə əsasən “Bakı” “altılıq”da yer aldığından “qızıl xallar” cədvəlində vəziyyət dəyişdi və 7 oyundan sonra hesabında 12 xal olan “Xəzər Lənkəran” vahid liderliyə yüksəldi. Komandamız növbəti oyununu bazar günü – dekabrın 13-də Tovuzda “Turan”a qarşı keçirəcək.
“Olimpik-Şüvəlan”la oyunun texniki nəticələri ilə burada tanış ol.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.