Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – XIII tur. “İnter”in revanş arzusu gözündə qaldı

“Xəzər Lənkəran”ın iki oyunluq Bakı “turne”si uğurlu alındı – komandamız ötən mövsümün çempionu və vitse-çempionuyla səfər oyunlarında - “Bakı” (3:0) və “İnter” (1:1) dörd xal toplaya bildi.
 
Bazar günü “Şəfa” stadionunda baş tutan qarşılaşma komandamız üçün əla bəşladı. Oyundan öncə qızınma hərəkətləri zamanı rəqibin sol cinah müdafiəçisi Kaxaber Mjavanadze əzələsini dartaraq sıradan çıxdı. Onu əvəzləyən Lübomir Kubitsa yeni mövqeyə alışanadək Denis Kalinkov cinahının ağasıydı. Artıq 5-ci dəqiqədə onun təxminən 35-40 metrlik məsafəyə topu zərgər dəqiqliyi ilə İvan Svetkova göndərməsi və bolqar oyunçumuzun iti küncdən zərbəsini rəqib qapıçı dəf etsə də, qayıdan topa son oyunların “coker”i Mario Souza hamıdan tez yetişdi və hesabı açdı.
“İnter” erkən qolun şokundan ayılmamış Kalinkov matçın qəhrəmanı ola bilərdi. Marionun zərbəsindən sonra müdafiəçidən sıçrayan top Denisin önünə düşdü. Lakin zərbə üçün daha yaxşı mövqe axtaran moldovalı hücumçumuz rəqibə dəyərli vaxt qazandırdı və top müdafiəçidən döndü...
Ruslan Poladovun zədələnməsindən sonra Ağasəlim Mircavadov Denis Silvanı müdafiənin sağ cinahına keçirmişdi. Braziliyalının ənənəvi mövqeyində isə çexiyalı müdafiəçi Tomas Ineman qərarlaşmışdı. İkinci hissənin əvvəlində Leonardo Roşa cərimə zərbəsini mükəmməl yerinə yetirərərək hesabı bərabərləşdirməsinə məhz çexiyalı müdafiəçimiz baiskar oldu. Daha doğrusu, cərimə zərbəsi İnemanın qayda pozuntusundan sonra təyin olunmuşdu. Amma ümumilikdə İvan Pexa-Ineman cütlüyü ümidləri doğrultdu və “İnter” faktiki olaraq cərimə meydançamız daxilində bir dəfə olsun belə real qol vəziyyəti yarada bilmədi. Təsadüfi deyil ki, bu oyunda Kamran Ağayev yalnız uzaq məsafədən vurulan zərbələrdən sonra oyuna qoşulurdu. Hətta epizodların birində bakılılar ikinci dəfə fərqlənə bilərdilər. Yenə Roşa... Braziliyalının 20 metrdən vurduğu zərbə müdafiəçimizə dəyərək istiqamətini dəyişdi və Kamrana “mərmi”nin qoruduğu qapının tirinə dəyməsini müşahidə etmək qalırdı.
“Bankirlər”in güclü orta xətti meydanın mərkəzində daha üstün olduğundan ani boşluqdan yararlanaraq irəli atılırdı. Lakin əksər vaxtlarda hücumu uzaqdan vurulmuş zərbələrlə və ya müdafiəçilərimizin şikarı olan asmalarla tamamlamalıç olurdular. İkinci yarıda hesabda bərabərlik yaranandan sonra meydan sahibləri təzyiqi daha da artırdılar. Təəssüf ki, hücumameylli futbolçularımız əks-hücumlarda effektli ola bilmədilər. “İnter” getdikcə daha böyük qüvvəylə irəli atılıb Lənkərandakı məğlubiyyətin (0:1) əvəzini çıxmaq üçün risqə gedir və arxada boşluq yaradırdı. Lakin futbolçularımız yaranan fürsətdən istifadə edə bilmədilər. Meydana sonra dan çıxan futbolçularımız da xüsusi heç nəylə yadda qalmadılar. Yalnız son dəqiqələrdə Junior Osvaldonun uzaq məsafədən vurduğu zərbə çox təhlükəli alındı. Bundan bir neçə dəqiqə öncə isə rəqibin sağ cinah müdafiəçisi Mahir Şükürov cərimə meydançamıza soxularaq əla fürsəti qaçırmışdı. Beləliklə, “İnter”in daha fəal, hücumameylli oynamasına baxmayaraq matç ədalətli nəticə ilə başa çatdı – 1:1.
Oyunu izləyənlər arasında milli komandamızın baş məşqçisi Berti Foqts da vardı. Almaniyalı mütəxəssisin fikrincə hər iki tərəf yüksək səviyyəli oyun nümayiş etdirmişdi: “Oyun çox yaxşı alındı. Hər iki komanda yüksək səviyyəli futbol nümayiş etdirdi. Heç-heçə bu oyun üçün ən ədalətli nəticə oldu”.
Oyunun texniki nəticələri ilə burada tanış ol.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.