Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

SuperMario noyabrın ən yaxşı futbolçusudu!

“Xəzər Lənkəran”ın braziliyalı ulduzu Mario Santana Souza noyabr ayı üçün Unibank Premyer liqasının ən yaxşı futbolçusu seçilib.
 
PFL və Unibank Kommersiya Bankı arasında imzalanmış sponsorluq müqaviləsində futbolumuzun təbliği ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. O cümlədən hər ayın yekunlarına görə liqanın ən yaxşı futbolçusunun seçiləcəyi haqda qərar verilmişdi. Bir neçə gün öncə AFFA-nın mənzil-qərəgahında keçirilən tədbirdə Unibank Kommersiya Bankının marketinq departamentinin rəisi Ramin Vəliyev oktyabr və noyabr aylarının qaliblərinin adlarını açıqlayıb. Beləliklə, “Qarabağ”ın forvardı Vaqif Cavadov oktyabrın, bizim Mario Souza isə noyabrın ən yaxşısı seçilib. Ölkə çempionatının noyabra təsadüf edən XI turunda “Karvan”ı, XII turunda və I turdan təxirə salınmış oyunlarda vacib qollar və məhsuldar ötürmələrlə yanaşı, superMario həm də Azərbaycan kubokunun 1/8 finalında “Muğan”a qarşı keçirilən ilk oyunda müdhiş het-triklə yadda qalmışdı. Noyabrda komandamızın keçirdiyi altı oyunda altı qol vuran Mario Souzanın “Bakı”yla paytaxtda keçirilən matçda imza atdığı həlledici qol isə əsl şedevr idi – braziliyalı “sehrbaz” topu bir toxunuşdaca 25 metlik məsafədən rəqib qapıçının başı üstündən tora göndərərək iki ilə yaxın formasını geyindiyi “Xəzər Lənkəran”a vacib üç xal qazandırmışdı.
Noyabr ayının ən yaxşı oyunçusu seçilmiş Mario Souza təntənəli təltif mərasimində çıxışında futbolumuzdakı inkişafı xüsusi vurğulayıb: “Hamıya təşəkkür edirəm. Təşkilati işlərə görə də minnətdaram. Bu tədbirlərin keçirilməsi Azərbaycanda futbolun inkişafının bariz nümunəsidir. Əsas məqsədim odur ki, gələn aylarda da qalib olum. Oktyabrın ən yaxşısı seçilən Vaqif Cavadovu da təbrik edirəm. O, təkcə “Qarabağ” klubunda yox, milli komandada da yaxşı oynayır”.
Qeyd edək ki, səsvermə zamanı respondentlərin 40 %-ni jurnalistlər, 40 %-ni Unibank Premyer Liqasında iştirak edən komandaların baş məşqçi və kapitanlarına, 20 %-ni isə PFL və Unibank nümayəndələri təşkil edib.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.