Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər Lənkəran” Mircavadovun müdafiəsinə qalxdı və azarkeşlərinə müraciət etdi

"Fırıtına" fankulubunun "Xəzər Lənkəran" rəhbərliyi və məşqçilər korpusuna qarşı verdiyi bəyanata klub rəsmisi, Tuyqun Nadirov cavabsız qoymadı.
 
“Sizdən çox xahiş edirəm, yavaş-yavaş həddini aşan “Fırtına”nın ardıcıl etirazlar sıralamasının səbəbini araşdırın. Təəssüf ki, orada toplaşmış əsl “Xəzər Lənkəran”sevərlərə kluba qarşı aşkar müxalif qüvvəyə çevrilən insanlar başçılıq edir. Klub olaraq azarkeşlərimizlə üz-üzə gəlməkdə maraqlı deyilik. Amma biz artıq anlamışıq ki, “Fırtına”ya başçılıq edən bir neçə nəfər oraya toplaşmış gənclərlə manipulyasiya edir.
 
Başa düşdük, oyunu yayımlamadığına görə AzTV-yə, nalayiq davranışa görə “Neftçi”nin fan-klubuna, polislərə etirazı başa düşdük. Sonra klub rəhbərliyinə keçdilər. Amma azarkeşlərimizdi deyə dinmədik. İndi də Ağasəlim Mircavadovun üzərinə düşüblər. Ağzına gələni danışırlar. Heç olmasa, onun iki il ərzində komandaya dörd titul qazandırdığını nəzərə alsınlar. İnsaf naminə, Mircavadovun “Xəzər Lənkəran” qarşısında böyük xidmətləri var. Hesab edirik ki, klubumuzun hazırkı inkişaf mərhələsində baş məşqçi postuna ən doğru namizəd məhz Ağasəlim Mircavadovdu. Unudulmamalıdı ki, klubumuzda baş məşqçi məsələsi birbaşa fəxri prezidentimiz Mübariz Mənsimovun nəzarəti altındadı və onun qərarlarına heç kim müdaxilə edə bilməz. “Fırtına”nın etiraz yazısı isə onların azarkeş olmadıqlarını isbatlayır. Əsl azarkeş çempionatın gərgin vaxtında məşqçilər korpusuna belə münasibət göstərər? Bir də ki, əsl “Xəzər Lənkəran” azarkeşinin, əgər varsa belə, problemləri, komandanın daxili işlərini ictimaiyyətin müzakirəsinə çıxarması nə dərəcədə düzgündür? Hər şeyə “mız” qoymaqdan rahat şey yoxdu. Qoy kluba dəstək versinlər, xeyirli iş görsünlər. Niyə sayı və fəallığıyla, Lənkəranda fəaliyyət göstərməsi isə seçilən “12 oyunçu”nun və ya “Bosman”ın səsi çıxmır? Çünki “Fırtına”dan fərqli onların qərəzli məqsədləri yoxdu!
 
Mən bütün əsl “fırtınaçılar”a müraciət etmək istəyirəm. Əsl “Xəzər Lənkəran” azarkeşinin gözümüz üstündə yeri var. Amma onlar bilməlidilər ki, aralarında öz şəxsi məqsəd və mənafelərinə görə klubun nüfuzuna ləkə gətirməyə hazır olan adamlar var. Onlar klubumuza sözün əsl mənasında könül vermiş fanatların hissləriylə oynayır, manipulyasiya etməyə çalışırlar. Bunun qarşısını almaq lazımdı. Mən klub rəhbərliyinin adından “fırtına”nın tərkibindəki əsl “Xəzər Lənkəran”sevərlərdən, eləcə də digər fanatlarımızdan yumruq kimi birləşməyi xahiş edirəm. Aramızdakı yad ünsürləri onlar bizi içdən yemədən məhv etməliyik!”
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.