Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL - XII tur. SuperMarionun super “het-trik”i

Dünən Unibank Premyer Liqasının II dövrəsinin ilk oyununda “Xəzər Lənkəran” səfərdə çempion “Bakı”nı darmadağın edərək bir daha səvoyyəsini ortaya qoydu. Bu qələbə sayəsində komandamız turnir cədvəlində iki pillə irəliləyərək dördüncü pilləyə yüksəldi və eyni zamanda “altı”lıq şanslarını xeyli artırdı.
Ötən həftənin çərşənbə günü Premyer Liqanın I turundan təxirə salınmış “Xəzər Lənkəran” – “Bakı” oyunundan (1:1) sonra əksər mütəxəssislər turnirin hazırkı mərhələsində paytaxtlıların daha hazırlıqlı olduğunu qeyd edir və dörd gün sonra keçiriləcək oyunun favoriti qismində “zolaqlılar”ı görürdülər. Digər tərəfdən aydın idi ki, ilk dövrədə inanılmaz dərəcədə uğursuz çıxış etmiş ötənilki çempion əsas rəqiblərinin əksərinə (“İnter”, “Qarabağ”, “Simurq” və “Neftçi”) uduzduğundan ikinci dövrəyə revanş niyyəti ilə hazırlaşır. Lakin rəqibin üstünlüyü şəraitində keçmiş dörd gün öncəki oyundan düzgün nəticə çıxarmış Ağasəlim Mircavadov və komandası “Bakı”dan nəinki mühüm üç xal aldı, hətta iddialı rəqibi darmadağın edərək onun “altılıq” şansına da ciddi zərbə vurmuş oldu.
Bazar günü Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və AzTV telekanalı vasitəsi ilə bütün dünyaya yayımlanan görüşdə “Xəzər Lənkəran” əsl şou göstərdi. Ümumilikdə bərabərsəviyyəli, güzəştsiz mübarizəyə səhnə olan oyunda ilk real qol vəziyyətini meydan sahibləri yaratdı. Sol cinahda buraxılmış boş zonaya şığıyan Georgi Adamiya zərbə vurmaq əvəzinə Əhməd Ticaniyə ötürmə versəydi, yəqin ki, hesab açılaşaqdı. “Ağ-yaşıllar”ın cavabı özünü çox gözlətmədi – Denis Kalinkovun uzaq məsafədən vurduğu zərbəni qapıçı Marko Şarliya ram edə bilməyincə, “mərmi” komandamızın ən yaxşı bombardiri Allan Lalinin qarşısına düşdü. Honduraslı legionerimizin üç-dörd metrdən vurduğu zərbə döz rəqibin xorvat qapıçısına tuş gəldi və yenə meydana qayıtdı. Lakin İvan Svetkovun məhsuldar zərbə endirməsinə... Mario Souza mane oldu. Üç gün öncə “Bakı”nın qapısına komandamızın cavab qolunu vuran braziliyalı daha əlverişli mövqedə duran Svetkovu qabaqlayıb mütləq qolun qaçmasına səbəbkar oldu. Lakin oyunun sonrakı dəqiqələrində epizodun antiqəhrəmanı oyunun qəhrəmanına çevrildi.
İlk hissədə başqa real qol vəziyyətləri yaranmasa da, toa daha çox “zolaqlılar” nəzarət edirdi. Rəqib daha atletik futbolçulardan formalaşmış olduğundan hava mübarizələrində və qayıdan topları qazanmaqda daha üstün görünürdü. İkinci hissənin əvvəli də oxşar ssenari üzrə oynanıldı. Lakin Mario Souza rəqibin müdafiəsinin ani ehtiyatsızlığından yararlanaraq cərimə meydanında topa sahib çıxdı və qapıçıdan sıyrılmağa çalışarkən qayda pozuntusu bahasına dayandırıldı. Referi Əfqan Həmzəyev laynsmanın tərəddüd etmədən bayrağını qaldırdığını görərək “nöqtə”yə işarə verdi. Svetkov topu qapının aşağı sağ küncünə göndərərək Şarliyaya şans verməyərək komanda yoldaşları ilə həmin gün anadan olmuş qızının “yelləməyə” yollandı.
Bundan sonra “Bakı”nın baş məşqçisi Ticanini nəhəng Feliks Almeydayla əvəzləyərək rəqib müdafiəsini asmalar və güc hesabına ram etmək niyyətini ortaya qoydu. Tam üstünlüyə yiyələnən bakılılar ardıcıl olaraq qapımıza həmlələr təşkil etsə də, müdafiəçilərimiz və qapıçımız səhvsiz oynayırdı. Xüsusilə Kamran Ağayevin Jabanın qarışıqlıqdan yararlanıb beş metrlik məsafədən dönərək endirdiyi zərbəyə göstərdiyi reaksiya qeyd olunmalıdı. Denis Silva özündən təxminən 20 santimetr hündür Felikslə az qala bütün duellərdən qalib ayrılması, yorulmadan sürüşmə fəndinin mahir ifaçısı olduğunu sərgiləyən İvan Pexanın, burnunu qurban verməklə mübarizliyini ortaya qoyan Ruslan Poladovun və digərlərinin sayəsində qapımız toxunulmaz qaldı.
Təəssüf ki, bu dəqiqələrdə komandamızın yaradıcı oyununa cavabdeh futbolçular zəif görünürdü. Hətta meydana sonradan daxil olan Junior Osvaldo belə topu ələ keçirib müdafiəçilərimizə dincəlmək imkanı verməyə aciz idi. Bununla belə son dəqiqələrdə ön xətt oyunçularımız da məharətini göstərdi. Juniorun ötürməsini qəbul edən Mario 30-35 metrdən Şarliyanın irəli çıxdığını görərək hündür trayektoriya ilə topu tora göndərdi – 2:0. Matçın taleyinin həll olunduğunu anlayan “Bakı”lıların “rahatlaşmasından” istifadə edən superMario özünəməxsusu “het-trik” müəllifi olmaq üçün qazandığı penalti və vurduğu fantastik qola məhsuldar ötürmə də əlavə etdi. Qapıçıyla üz-üzə qalan Svetkov isə müdhiş sol ayağını işə salıb körpə qızına daha bir hədiyyə bağışladı – 3:0.
Beləliklə, komandamızın “Bakı”nı son yarım il ərzində ikinci dəfə darmadağına məruz qoydu. Xatırladaq ki, ötən mövsümün son turlarında çempionluq uğrunda mübarizə aparan “zolaqlılar” Lənkəranda rüsvay olmuşdular. Lakin “Bakı”ya qarşı uğurlu oyunlar futbolçularımızı aldatmamalıdır və unudulmamalıdı ki, artıq bir həftə sonra – dekabrın 6-da “Xəzər Lənkəran”ı Bakıda “İnter”ə daha bir ciddi sınaq gözləyir.
“Bakı” oyunun texniki nəticələri ilə burada tanış ol.
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.