Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – XI tur. “Karvan”a iki qol, “Xəzər Lənkəran”a üç xal

Unibank Premyer Liqasının XI tunda “Xəzər Lənkəran” Yevlax səfərində inamlı qələbə qazandı. Cəzalı Devran Ayhan və Allan Lalinin yoxluğunda komandamız artıq ilk yarıda iki qol vuraraq oyunun taleyini həll etdi.
 
Artıq oyunun ilk dəqiqələrində “Xəzər Lənkəran”ın rəqibiylə müqayisədə daha güclü olduğu aşkarlandı. Üstünlüyə yiyələnən futbolçularımız ardıcıl həmlələr təşkil edir, rəqib müdafiəçiləri səhvə yol verməyə təhrik edirdilər. Yenidən əsas heyətdə meydana çıxan Nizami Hacıyev iki real qol şansını qaçırdıqdan sonra daha da fəallaşan “ağ-yaşıllar” hesabı açdılar. Əks hücum zamanı irəli atılan Ruslan Poladovun sağ cinahdan etdiyi asmanı Mario Souza başla qapıya göndərərək rəqib qolkiperə şanssız qoydu.
 
Vəziyyəti düzəltmək barədə düşünən yevlaxlılar daha sürətli və aqressiv oynamaqla hücumlarının kəsərini artıra bildilər. Epizodların birində komandamızın sabiq futbolçusu Yakuba Bamba qapıçımızla üz-üzə qalsa da, Kamran Ağayev əla reaksiya nümayiş etdirdi. Hissənin sonuna yaxın isə İvan Svetkov-Denis Kalinkov tandemi sözünü dedi. Bolqar legionerimiz sol cinahda topu qəbul edərək Moldova millisinin hücumçusuna ayağının çölüylə mükəmməl ötürmə verdi. Lalinin yoxluğunda hücumun mərkəzində mövqe tutmuş Denis cəld hərəkətlə qapıçıdan sıyrılıb iti küncdən topu tora qovuşdurdu – 2:0.
 
İkinci yarı Radomir Todorovun keçidi ilə yadda qaldı. Rəqibin cərimə meydançasınadək irəliləyən müdafiəçimizin zərbəsi dirəkdən döndü. Sonrakı dəqiqələrdə Kalinkov, Svetkov və Nizami real qol şanslarını qaçırdılar. İlk yarıda iki top fərqiylə geri düşən “Karvan” isə ümidsiz görünürdü. Buna baxmayaraq yevlaxlılar, xüsusilə yaşlanmasına baxmayaraq kifayət qədər təhlükəli görünən Bamba hesab araındakı fərqi azalda bilərdilər. Amma həmin gün bizimkilər kimi meydan sahiblərinin də qol vəziyyətlərindən istifadə etmək məharəti yetərincə deyildi.
 
Beləliklə, cari çempionatda ikinci səfər qələbəsini qazanan “Xəzər Lənkəran” hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Lakin komandamızın ilk dövrəni daha üst sıralarda tamamlamaq imkanı var. Bundan ötrü “ağ-yaşıllar” I turun iki dəfə təxirə salınmış matçında ölkə çempionu “Bakı”nı məğlub etməlidirlər.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.