Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – X tur. “Böyük oyun”dan qol səsi çıxmadı

Mövsümün təqvimi müəyyənləşən kimi gözlərin axtardığı böyük Azərbaycan derbisinin növbəti pərdəsi bazar günü Lənkəranda baş tutdu. “Xəzər Lənkəran” bütün səylərə baxmayaraq əvvəldən sonadək, əsasən də ikinci yarıda ciddi üstünlüyə sahib olsa da, qələbəyə sevinə bilmədi – 0:0. Maraqlıdır ki, bu nəticəyə “böyük oyunlar” tarixində ilk dəfə rast gəlinir.
 
Junior Osvaldonun əvəzinə start “11”liyinə “Muğan”a qarşı kubok matçında het-trikə imza atmış Mario Souzanı daxil edən Ağasəlim Mircavadov aşkar hücum modeli seçmişdi. Belə ki, tipik mərkəz yarımmüdafiəçisi kimi oynayan Junidən fərqli digər braziliyalı legionerimiz daha hücumameyllidir və faktiki olaraq ikinci planlı hücumçu kimi oynayır. Bəlkə də bu üzdən oyunun əvvəlində “Neftçi” meydanın mərkəzində daha qüvvəli görünür və topa nisbətən daha çox nəzarət edirdi. Düzdü, bu qonaqlara qapımız qarşısında təhlükə yaratmağa kömək olmadı. Ümumiyyətlə, bakılılar 90 dəqiqə ərzində iki təhlükəli zərbəylə yadda qaldılar. İkinci yarıda isə “Lənkəranda məni məğlubiyyətdən başqa istənilən nəticə qane edəcək” fikrini söyləyən “Neftçi”nin çalışdırıcısı Vaqif Sadıxovun futbolçuları yalnız öz qapılarının toxunulmazlığı haqda düşünürdü.
 
“Neftçi” istəyinə çatdı. İkinci yarıya daha fəal başlayan və Souza-Junior dəyişikliyi ilə mərkəzi ələ alan komandamız real qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. Bununla belə futbolçularımız bir neçə dəfə rəqibin sıx müdafiəsini yarmağa müvəffəq oldular. Lakin İvan Svetkovun iti bucaq altından saxlamadan vurduğu topa qonaqların heyətində ən yaxşı olan – litvalı qolkiper Paulas Qribauskas inanılmaz reaksiya göstərdisə, küncdən edilən asmanı tamamlayan digər İvanın – Pexanın baş zərbəsindən sonra topun qapı xəttini keçməsini müdafiəçi Dmitriy Kruqlov əngəllədi. Paulaskas daha bir epizodda komandamızın heyətində hamıdan fəal olan Denis Kalinkovun zərbəsinə də əla reaksiya verdi.
 
Oyun bir daha komandamızın yarımmüdafiəsində bəzi problemlərin olduğunu göstərdi. Dieqo Souzanın yoxluğu meydanın mərkəzində komandamızın gösrdüyü iş həcminin azalmasında təsir göstəribsə, Juniorun ideal formasından uzaq düşməsi yarımmüdafiə ilə hücum arasında tellərin sıxlığını azaldıb. Qarşıda isə komandamızı çox önəmli oyunlar gözləyir. Görünür ki, məşqçilər korpusu məhz bu problemlərin həlli üzərində baş sındırmalı olacaqlar. Yaxşı ki, vaxt var – çərşənbə günü “Muğan”a qarşı ölkə kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmasından sonra növbəti dəfə uzun fasilə yaranacaq və Unibank Premyer Liqasının XI turunun oyunları yalnız noyabrın 20-22-də keçiriləcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.