Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – IX tur. “Xəzər Lənkəran” Quzanlıdan yenə xalsız döndü

“Qarabağ”ın doğma Quzanlıda xüsusi motivasiyaya malik olması, hədsiz əzmkarlıqla oynaması artıq sürpriz sayılmasa da, komandamız yenə ötən mövsüm batdığı suya girdi. Quzanlıda keçirilən oyunda rəqibdən heç də zəif görsənməsək, oyunu əvvəldən axıradək üç hücumçuyla keçirsək də, son dəqiqələrdə vurulan həlledici qol üç xalı rəqibə bağışladı.
 
Son dəqiqələrdə Denis Silvanın uşaq səhvi nəticəsində top sabiq “Xəzər Lənkəran”lı Vüqar Nadirova düşdü və onun asmasından sonra meydana yenicə daxil olmuş Rauf Əliyev qapıçımız Kamran Ağayevin ənəvi olaraq qapı xəttini tərk etmək niyyətində olmadığından yararlanaraq başla qarşısıalınmaz zərbə vurdu. Artıq matçın 86-cı dəqiqəsi getdiyindən soyuq duş qəbul etmiş futbolçularımızın özləri də vəziyyəti düzəldə biləcəyinə inanmırdı...
 
Əslində komandamız oyunu ikinci yarıda qoldan öncə uduzmuşu. Fiziki cəhətdən daha üstün formada olduğu üzə çıxan ağdamlılar fasilədən sonra sürəti artıran kimi top onların nəzarəti keçdi. Komandamızın hücumlarının qurulmasında baş skripka funksiyasının icraçısı – Junior Osvaldo Rəşad Sadiqov, Vaqif Cavadov və Elvin Məmmədovla müqayisədə çox tez yorulmuşdu. Topsuz qalsaq da, yalnız qələbə haqda düşünən Ağasəlim Mircavadov meydanda üç hücumçu saxlamaqda israrlıydı. Və bəlkə də haqlıydı. Çünki ikinci yarının ortalarına yaxın komandamızın ən yaxşı bombardiri Allan Lalin rəqib qapıçıyla üz-üzə qaldığı epizodda toru silkələyib, oyunun axırını təmamilə lehimizə çevirmək şansı qazandı. Oyundan sonra baş məşqçimiz məhz bu epizodu xatırladaraq “oyunu Lalin təkbətəkdən yararlanmayanda uduzduq” dedi.
 
Doğrudan da, matçın gedişi göstərirdi ki, hər şeyi bir səhv həll edəcək. Təəssüf ki, bu dəfə də səhv bizim payımıza düşdü və Rauf Əliyev mükəmməl qola imza ataraq “Qarabağ”a önəmli üç xal qazandırdı.
 
Oyundan sonra əksər futbolçularımız meydanın durumundan şikayətlənirdilər. Düzü Quzanlı stadionunun ot örtüyünün vəziyyəti ürəkaçan deyildi və Ağasəlim Mircavadovun tələbi ilə yerlə kombinasiyalı futbol oynamalı olan futbolçularımız kələ-kötür meydanda çətinlik çəkirdi. Amma meydanın sadəcə bahanə olmadığını sübut etmək üçün qarşıdakı iki oyunda (çərşənbə günü “Muğan”la, bazar günü “Neftçi” ilə) meydanın, topun ağası olmaq lazımdı.
 
Oyunun texniki nəticələri ilə burada tanış ol.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.