Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

AK-1/8 final. Mario, Mario, Mario

Dünən Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”la “Muğan” arasında keçirilən ilk oyun Maro Souzanın benefisinə çevrildi. Braziliyalının üç qolu salyanlıların kubok ümidlərinin üstündən birdəfəlik xətt çəkməsə də, onları minimuma endirdi.
 
Bazar günü keçiriləcək “Neftçi” oyunun düşünən Ağasəlim Mircavadov meydana yarıəvəzedici heyəti buraxmışdı – Devran Ayhan, Denis Kalinkov, Rahid Əmirquliyev, Junior Osvaldo və Ruslan Poladov ilk 11-liyə daxil edilməmişdilər. Bu səbəbdən ilk dəqiqələrdə futbolçularımız arasında anlaşılmazlıq müşahidə olunsa da, komandamız sonradan üstünlüyü ələ aldı. Hissənin ortalarında isə Ceyhun Sultanovun asmasından sonra hücum xəttimizdə oynayan ən kiçik boylu futbolçu – Mario Souza başla hesabı açdı. Daha sonra Nizami hacıyev fəalığıyla ustalıq səviyyəsi arasında ciddi fərqlərin olduğunu nümayiş etirdi. Gənc yarımmüdafiəçi rəqibi qabaqlayaraq Edis Kurtanoviçlə üzbəüz qalsa da, zərbə anı topu ayağına otuzdura bilmədi.
 
Hesabda geri düşməsinə baxmayaraq, “Muğan” oyun intizamını pozmayaraq irəli atılmağa tələsmirdi. Bunun nəticəsi idi ki, real qol vəziyyətləri nadir hallarda yaranırdı. Amma həmin gün qol vurmaq yalnız mario Souzanın alnına yazılmışdı. İkinci hissə başlayar-başlamaz Mario Allan lalinin başla zərbəsindən sonra müdafiəçinin boş qapıdan qaytardığı topu tora göndərərək fərqi artırdı.
 
Futbolçularımız fasilədən sonra meydana pressinq tələbi ilə çıxdığı dərhal hiss olunurdu. Lakin ikinci top vurulan kimi komandamızın azca sakitləşməsi qonaqların fəalaşmasıyla nəticələndi. Epizodların birində referi Elçin Muradov şübhəli vəziyyətdə qapımıza penalti təyin etdi. Əslində hakim bu epizodda penalti nöqtəsini göstərməklə yanaşı qapıçımız Kamran Ağayevə qırmızı vərəqə göstərməli, ya da rəqibə simulyasiyaya görə sarı vərəqə verməli idi. Beləliklə, “Muğan” şansını qaçırmadı və Narcisse Yameoqo fəqi azaltdı. Dərhal irəli atılan futbolçularımı status-kvonu bərpa etmək üçün çox vaxt itirmədi. Mario İvan Svetkovun cinah ötürməsini yenə başla dəyərləndirdi – 3:1.
 
Komandamızın iki oyunluq “Muğan” duelinin taleyini Lənkəranda həll edə bilməsə də, inamlı qələbə qazanmaqla komfortlu üstünlük əldə etdi. Əminliklə qeyd edə bilərik ki, futbolçularımızın növbəti mərhələyə yolunu yalnız ciddi kataklizmlər kəsə bilər. Rəqiblər arasında həlledici cavab qarşılaşması bir həftə sonra (11 noyabr) Salyanda keçiriləcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.