Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

AK-1/8 final. Kalinkovun qoluyla bir addım önə

Dünən “Xəzər Lənkəran” Azərbaycan Kubokunun 1/8 final mərhələsinin cavab oyununda qalib gələrək növbəti mərhələyə adlamağa müvəffəq olub. Komandamız bir həftə öncə Lənkəranda üstələdiyi (3:1) “Muğan”ı səfərdə də məğlub etməyi bacarıb.
 
Rəhbərlikdən icazə almış İvan Svetkov, yüngül zədələrə malik Devran Ayhan, Rahid Əmirquliyev və Tomas İnemanın yoxluğunda heyətimiz kifayət qədər kasad görünürdü. Prinsipcə, Ağasəlim Mircavadovun seçim imkanı qalmadığından meydana demək olar ki, düşərgədə olan bütün futbolçular çıxmışdı. Məşqçilərimiz üç gün öncə “Neftçi”yə qarşı ağır 90 dəqiqə keçirmiş Denis Kalinkovla Mario Souzanı da ehtiyatda saxlamışdılar. Bununla belə, matçın talehini məhz moldovalı legionerimiz həll etdi. İkinci yarının ortalarında meydana çıxan Denis topu sol cinahda qəbul edərək rəqibindən sıyrılan Allan lalinin əla pasından sonra qapıçıyla üz-üzə qaldı və çox düşünmədən bir toxunuşdaca “mərmi”ni bosniyalı Edis Kurtanoviçin başı üzərindən tora göndərdi. Bu qol “Muğan”ın olan-qalan ümidlərini də puç etdi – salyanlıların matçın sonuna qalmış 10 dəqiqə ərzində komandamızı üç dəfə məyus edə biləcəyi ən sadəlövh insanın ağlına da gəlmirdi.
 
Qol vurulanadək “Muğan”lılar komandamızın meydana optimaldan çox uzaq heyətlə çıxmasından yararlanaraq üstünlüyü əla almağa, topa nəzarət etməyə çalışsalar da, oyun əsasən mərkəzdə keçirdi. Hər iki tərəf real qol vəziyyəti yaratmaq baxımından problemlə üzləşirdi. Meydan sahibləri yalnız bir dəfə - ilk yarının ortalarında yaxşı imkan əldə etdilər. Ekrem Hodziç müdaiəmizdəki boşluqdan yararlanaraq qapıçımızla üzbəüz qaldı. Lakin müdafiəçilərdən rahat sıyrıla bilməyəcəyini anlayıb Kamran Ağayevlə yaxınlaşmadan təxminən 20 metrdən zərbə endirməli oldu. Top qapının üstündən keçdi.
 
Oyunun daha bir maraqlı hadisəsi son dəqiqələrdə baş verdi. 88-ci dəqiqədə Ağasəlim mircavadov klubumuzun yetirməsi Kazım Kazımlını meydana buraxaraq 17 yaşlı yarımmüdafiəçiyə “Xəzər Lənkəran”ın formasında debüt etmək imkanı verdi. Qeyd edək ki, “42” nömrə rəsmi yarışda “ağ-yaşıl” formanı geyinən klubumuzun ilk yetirməsi kimi tarixə düşdü.
 
Beləliklə, iki oyunun nəticəsinə görə xüsusi çətinlik çəkmədən “Muğan”ı mübarizədən kənarlaşdıran “Xəzər Lənkəran” növbəti mərhələyə vəsiqə qazandı. Komandamız martın 6-7-də və martın 17-18-də 1/4 finalda ölkə kubokunun hazırkı sahibi “Qarabağ”la qarşılaşacaq.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.