Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər Lənkəran” – “Kasımpaşa” 2:1

Türkiyədə keçirilən Antalya toplanışı çərçivəsində qüvvəsini üç yoxlama oyununda sınamağı i planlaşdıran “Xəzər Lənkəran” artıq dünən axşam Türkiyə Süperliqasının təmsilçisi “Kasımpaşa”yla qarşılaşıb. Ölkə çempionatında ilk 7 oyunda hesabına cəmi bir xal yazan “Kasımpaşa” komandamızla oyunda da uğursuzluğa son qoya bilməyib. “Xəzər Lənkəran” İvan Svetkovun iki qolu sayəsində görüşdən qalib ayrılıb.

Yeri gəlmişkən, “ağ-yaşıllar” Superliqanın debütantıyla ilk dəfə iyulda – Boluda keçirilən təlim-məşq toplanışı zamanı üzləşmişdilər və türklər Ağasəlim Mircavadovun meydana buraxdığı eksperimental heyətdən üstün olmuşdular – 1:0. Bu dəfə isə komandamız daha güclü olduğunu göstərdi. Artıq 24-cü dəqiqədə Allan lalin fərdi ustalığı sayəsində zərbə mövqeyinə çıxsa da, rəqib müdafiəçi kobudluq edərək onun qarşısını ala bildi. Yerli hakimin tərəddüd etmədən təyin etdiyi penaltidən isə Unibank Premyer Liqasında qol hesabını aça bilməyən Svetkov yararlandı. Türklər cəmi altı dəqiqə sonra hesabı bərabərləşdirməyə müvəffəq olsalar da, futbolçularımız hələ fasiləyədək daha bir dəfə sevindilər. 39-cu dəqiqədə meydanın mərkəzində Ceyhun Sultanov-Rəşad Kərimov paslaşmasından sonra top ara pasla sağ cinaha - Lalinin qarşısına ötürüldü. Qaradərili forvard isə dərhal cərimə meydanında Svetkovu tapdı. Bolqara “dubl”a imza atmaq üçün iki metrlikdən boş qapını nişan almaq kifayət etdi.

İkinci yarıda rəqib bir qədər fəallaşsa da, komandamız hücumda daha təhlükəli idi. Məsələn, oyunu yüksək səviyyədə keçirən honduraslı hücumçumuz və Mario Souza təkbətəkdən yararlana bilmədilər. Rəqib yalnız bir dəfə real olaraq hesabı bərabərləşdirə bilərdi – yan xətt hakiminin aşkar ofsayd vəziyyətinə biganə qalmasından sonra “Kasımpaşa”lı forvard qapıçımızı da keçdi və topu boş qapıya göndərdi. Lakin Denis Silva özünü yetirərək türklərin arzusunu gözündə qoydu.

“Kasımpaşa”yla oyunda komandamızın formasını aşağıdakı futbolçular geyinib: Dmitriy Kramarenko - Ruslan Poladov, Denis Silva, Kostadin Cambazov (Tomas İneman 46), Radomir Todorov (Fatih Sonkaya 46) – Devran Ayhan, Junior Osvaldo (Alim Qurbanov 46), Ceyhun Sultanov (Mario Souza 46), Rəşad Kərimov (Ramazan Abbasov 46), İvan Svetkov, Allan Lalin.

Qapıçı Zabit Səfərovla yanaşı qızdırması olan İvan Pexa bu oyunda iştirak etməyiblər. Xatırladaq ki, Kamran Ağayev, Rahid Əmirquliyev, Nizami Hacıyev, Kazım Kazımlı, Denis Kalinkov və Dieqo Souza müxtəlif səbəblərdən Türkiyədəki toplanışa qatılmayıblar.

Artıq xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” qarşıdakı günlər Türkiyə Superliqasının daha iki təmsilçisi – oktyabrın 8-də “Qaziantepspor”la, oktyabrın 10-da isə “İstanbul Böyükşəhər Bələdiyyəspor”la görüşəcək.


Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.