Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər Lənkəran” – “Kadriye Bələdiyyəsi Spor” 4:1

Dünən Türkiyə toplanışı çərçivəsində növbəti sınaq matçını keçirən “Xəzər Lənkəran” həvəskar “Kadriye Bələdiyyəsi Spor”u darmadağın edib – 4:1. Gözlənildiyi kimi, komandamızın böyük üstünlüyü şəraitində keçən oyunda qollarımıza Allan Lalin (2 dəfə) və Ceyhun Sultanov imza atıblar. Hesabımıza daha bir qol isə avtoqol sayəsində yazılıb.
  
Baş məşqçi Ağasəlim Mircavadov bəzi eksperimentlər etdiyi (Denis Silva müdafiənin sol cinahında, İvan Svetkov sol insayd mövqeyində sınanıb) və sərəncamında olan bütün futbolçuların xidmətindən yararlandığı bu oyunu iki müxtəlif heyətlə keçirib. Unibank Premyer Liqasının potensial lideri oyuna Dmitriy Kramarenko – Denis Silva, Kostadin Cambazov, Tomas Ineman, Radomir Todorov – Devran Ayhan, Alim Qurbanov, Mario Souza - Rəşad Kərimov, İvan Svetkov və Allan Lalindən ibarət “11”liklə başlayıb. İlk 45 dəqiqədən sonra 2:1 hesabı ilə pndə olan komandamız ikinci hissəni başqa heyətlə keçirib: Zabit Səfərov – Fatih Sonkaya , İvan Pexa, İneman, Ruslan Poladov – Devran (oyunun sonlarında Qurbanovla əvəzlənib), Junior Osvaldo, Ceyhun Sultanov – Ramazan Abbasov, Svetkov (Kərimov), Lalin. 
 
“Xəzər Lənkəran” Antalyada sonuncu sparrinqi Superliqa təmsilçisi – Azərbaycanlı iş adamı Telman İsmayılovun maliyyə dəstəyi verdiyi “Antalyaspor”la qarşılaşacaq. Sabah keçiriləcək bu qarşılaşmayla təlim-məşq toplanışını başa vuracaq komandamız ertəsi gün ölkəyə geri dönəcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.