Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər Lənkəran” “İBB” ilə sülh bağladı

Şənbə günü “Xəzər Lənkəran” Antalyada son sınaq oyununu keçirib. Türkiyə Superliqasının təmsilçisi “İstanbul Böyükşəhər Bələdiyyəsi Spor”la qarşılaşan “ağ-yaşıllar” son dəqiqədə qol buraxaraq bərabərliklər razılaşmalı olublar – 3:3.

“Antalyaspor”la qarşılaşma nəzərdə tutulsa da, futbolçularımız Superliqanın digər komandasıyla üzləşməli oldular. Gərgin mübarizə şəraitində, dəyişkən üstünlüklə keçən oyun bol qollu alındı. Artıq 3-cü dəqiqədə müdafiəçilərimizin səhvi rəqibin hesabı açmasıyla nəticələndi. Tezliklə (14-cü dəqiqə) komandamız daha bir məyusluq yaşadı - Antalya toplanışının ən yaxşısı Allan Lalinə qarşı cərimə meydançasında kobudluğa görə penalti zərbəsi təyin olunsa da, Mario Souza dirəyi nişan alaraq fürsəti dəyərləndirə bilməyib. Bununla belə, futbolçularımız çox keçmədən tarazlığı bərpa edə biliblər. 21-ci dəqiqədə yenə sol vinger mövqeyində çıxış edən İvan Svetkovun baş zərbəsi məhsuldar alındı – 1:1.
 
Qoldan sonra komandamız bir qədər sakitləşərək rəqibə özünü toparlamaq imkanı verməsinin zərərli nəticəsi hissənin lap sonunda yenidən hesabda geri düşməyimiz oldu. Düzdü, burada yerli gənc hakimlərin aşkar ofsayd vəziyyətinə göz yumduğunu qeyd etmək lazımdır.
 
İkinci yarıda isə səhnəyə yenidən Lalin çıxdı. Honduraslı forvard bir daha hücumun sivri ucunda özünü suda balıq kimi hiss etdiyini göstərdi. Komandamızın məşqçisi Tofiq Mustafayevin dediyinə görə, Lalin doğrudan da yaxşı formadadır və Antalyada sərgilənən oyundan sonra ona böyük ümidlər bəslənilir. Əvvəlcə (47-ci dəqiqə) çoxgedişli kombinasiyanın sonunda Souzanın zərbəsindən sonra qapıçıdan dönən topa özünü hamıdan tez yetirən latın amerikalı hücumçu hesabı bərabərləşdirdi. Cəmi üç dəqiqə sonra isə Souzanın ötürməsiylə qapıçıyla üz-üzə qalan Allan komandamızı irəli çıxardı. Rəqib məğlubiyyətdən qurtulmaq üçün irəli atılsa da, futbolçularımız hücumları daha kəsərli alınırdı. Bununla belə Istanbul bələdiyyəsinin “üzvləri”son dəqiqədə xilas oldular. Rəqibi qabaqlamaq üçün topa müdaxilə edən Tomas İneman avtoqola səbəb oldu – 3:3.
 
“Xəzər Lənkəran” oyunu aşağıdakı heyətdə keçirib: Dmitriy Kramarenko - Denis Silva (Fatih Sonkaya 46), Kostadin Cambazov (Tomas İneman 46), İvan Pexa, Radomir Todorov (Ruslan Poladov 46) – Devran Ayhan (Junior Osvaldo 46), Alim Qurbanov (Ceyhun Sultanov 46), Mario Souza – Ramazan Abbasov (Rəşad Kərimov 25), İvan Svetkov, Allan Lalin.
 
 
UPL. II tur 21.08.2009 “Xəzər Lənkəran” – “İnter” 1:0
UPL. IV tur 12.09.2009 “Xəzər Lənkəran” – “Turan” 1:1
UPL. V tur 16.09.2009 “Qəbələ” – “Xəzər Lənkəran” 1:1
UPL. VI tur 26.09.2009 “Xəzər Lənkəran” – “Muğan” 2:0
UPL. VII tur 17.10.2009 “Standard” – “Xəzər Lənkəran”
UPL. III tur 21.10.2009 “Olimpik” – “Xəzər Lənkəran”
UPL. VIII tur 24.10.2009 “Xəzər Lənkəran” – “Simurq”
UPL. IX tur 30.10.2009 “Qarabağ” – “Xəzər Lənkəran”
AK. 1/8 final, ilk oyun 04.11.2009 “Xəzər Lənkəran” – “Muğan”
UPL. X tur 08.11.2009 “Xəzər Lənkəran” – “Neftçi”
AK. 1/8 final, cavab oyunu 11.11.2009 “Muğan” – “Xəzər Lənkəran”
UPL. XI tur 21.11.2009 “Karvan” – “Xəzər Lənkəran”
UPL. I tur 25.11.2009 “Xəzər Lənkəran” – “Bakı”
UPL. XII tur 29.11.2009 “Bakı” – “Xəzər Lənkəran”
UPL. XIII tur 06.12.2009 “İnter” – “Xəzər Lənkəran”
UPL. XIV tur 10.12.2009 “Xəzər Lənkəran” – “Olimpik”
UPL. XV tur 13.12.2009 “Turan” – “Xəzər Lənkəran”
UPL. XVI tur 19.12.2009 “Xəzər Lənkəran” – “Qəbələ”
UPL. XVII tur 27.12.2009 “Muğan” – “Xəzər Lənkəran”
UPL. XVIII tur 05.02.2010 “Xəzər Lənkəran” – “Standard”
UPL. XIX tur 13.02.2010 “Simurq” – “Xəzər Lənkəran”
UPL. XX tur 16.02.2010 “Xəzər Lənkəran” – “Qarabağ”
UPL. XXI tur 21.02.2010 “Neftçi” – “Xəzər Lənkəran”
UPL. XXII tur 26.02.2010 “Xəzər Lənkəran” – “Karvan”
 
Ardı daha sonra məlum olacaq.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.