Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – VIII tur. “Xəzər Lənkəran ”“Simurq”a divan tutdu

Unibank Premyer Liqasının VIII turunda “Xəzər Lənkəran” lider “Simurq”un qapısına üç qol vuraraq fantastik qələbə qazandl. “Ağ-yaşıllar” ardıcıl beş matçda qələbə qazanan zaqatalalılarla oyunun taleyini artıq ilk 45 dəqiqədə həll etdilər.
 
Ağasəlim Mircavadov uğursuz alınmış ötən oyunla (“Olimpik-Şüvəlan” 0:1) müqayisədə start heyətində yalnız bir dəyişiklik etmişdi. Nizami Hacıyevin əvəzinə meydana İvan Svetkov çıxmışdı. Bolqarın sol cinahda yer alması universal Denis Kalinkovun əks cinaha keçməsiylə nəticələnmişdi. Yeri gəlmişkən, moldovalı legionerimiz oyunu, xüsusilə ilk yarını müdahiş səviyyədə keçirərək pzünü hər iki cinahda suda balıq kimi hiss etdiyini göstərdi.
Oyun komandamızın yeni bombardiri – Allan Lalinin qoluyla başladı. Uzun fasilədən sonra səviyyəsini ortaya qoyan Svetkovun ara ötürməsindən sonra qapıçıyla üz-üzə qalan honduraslı şansı qaçırmadı və cari çempionatda 5-ci qoluna imza atdı. İndi bombardirlər turnirinin lideri Anatoliy Doroş (“Olimpik-Şüvəlan”, 6 qol) arxasında onun nəfəsini hiss edəcək. Erkən qol Lənkərana heç-heçə üçün gələn rəqibin oyun intizamının pozulmasıyla nəticələndi. Böyük üstünlüyə yiyələn komandamız ardıcıl həmlələr təşkil edir və əksər hallarda hücumları zərbəylə tamamlayırdı. Xüsusilə Kalinkov fərqlənirdi. Meydanda olduğu müddətdə “Simurq”un müdafiəçisi Kaxaber Çxetianinin (maraqlıdır ki, zaqatalalılar gürcü futbolçunun zədəli olduğunu və meydana çıxmayacağını rəsmən elan etmişdilər) başına oyun açan moldovalı üçüncü cəhddə istəyinə çatdı. 24-cü dəqiqədə cərimə meydançası önündə iki rəqibindən sıyrılaraq zərbə mövqeyinə çıxan forvard “Simurq”u ikinci dəfə mərkəzə dəvət etdi.
Ötən oyunlarla müqayisədə dəfələrlə sürətli moynayan futbolçularımız rəqibin əl-ayaq açmasına imkan vermirdi. Hətta ikinci yarı başlayar-başlamaz Kalinkov-Junior osvaldo kombinasiyasından sonra Svetkov “qol orucu”nu pozaraq hesabı darmadağın həddinə çatdırdıqdan sonra futbolçularımız sakitləşsə də, qonaqlar qapımız qarşısında real təhlükə yarada bilmədi. Meydanın mərkəzində ağalıq edən “ağ-yaşıllar” imkan düşən kimi təhlükəli əks-hücumlar təşkil edirdi. Xüsusilə son zamanlar ideal formadan uzaq olan Rahid əmirquliyev fərqlənirdi. Şənbə günü millimizin gənc yarımmüdafiəçisi müdafiədən hücuma keçid zamanı əvəzolunmaz funksiyanı yerinə yetirdi. Ola bilsin, əvvəlki oyunlarda komandamıza məhz bu funksiyanı yerinə yetirən futbolçu çatışmırdı. Onun topu ələ keçirərək dərhal başladığı bütün hücumlar “Simurq” üçün böyük təhlükə yaradırdı. Düzü, Rahid milliyə hədər yerə çağrılmadığını göstərməklə yanaşı, orada əsas heyətə layiq olduğuna da işarə verdi.
Oyunun ikinci yarısında isə, xüsusi fəallıq son dəqiqələrə təsadüf etdi. Futbolçularımızın arxayınlaşdığını görən qonaqlar təsəlli qolu üçün irəli daha böyük qüvvə səfərbər etdikdən sonra, əks hücum zamanı meydana yenicə daxil olmuş Nizami Hacıyevlə Alim Qurbanov inanılmaz qollar qaçırdılar. Nizami bir dəfə dirəyə tuş gəldisə, Alim mükəmməl kombinasiyanı bir toxunuşda tamamlayarkən çərçivəyə düşə bilmədi.
Beləcə “Xəzər Lənkəran” referi Elçin Məmmədovun bərbad idarəçiliyi ilə müşahidə olunan “Olimpik-Şüvəlan” məğlubiyyətindən sonra feyerik oyun nümayiş etdirərək, ambisiyalı “Simurq”un daşını daş üstə qoymadı. Təsadüfi deyil ki, oyundan sonra keçirilən mətbuat konfransında zaqatalıların əvəzolunmaz baş məşqçisi Roman Pokora “hesab oyuna görə oldu” deməkdən başqa söz tapmadı.
“Xəzər Lənkəran” növbəti oyununu cümə günü – oktyabrın 30-da səfərdə “Qarabağ”a qarşı keçirəcək.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.