Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL - VII tur. “Standard” Allan Lalinin qarşısını ala bilmədi

Şənbə günü Unibank Premyer Liqasının VII turu çərçivəsində keçirilən oyunda “Xəzər Lənkəran” Sumqayıtda yerli “Standard”ı çətin qələbə qazanaraq “məğlubiyyətsizlik” seriyasını davam etdirib.
 
Sumqayıt təmsilçisi liqanın autsayderlərindən olsa da, oyununa görə daha yuxarı yerə layiq olduğunu göstərdi. Halbuki artıq 1-ci dəqiqədə Nizami Hacıyevin cinah ötürməsini bir toxunuşda uzaq küncə göndərən Allan Lalinin qolundan sonra rəqibin ruh düşkünlüyünə uğrayacağını, oyun dəst-xəttini itirəcəyini düşünmək olardı. “Standard” isə sürəti artıraraq üstünlüyü ələ almağa səy göstərdi və komandamızdan ilk növbədə Mario Souzayla İvan Svetkovun ləngliyindən yararlanaraq buna nail oldu. Belədə cavab qolu özünü çox gözlətmədi. Meydanın rəqibə aid hissəsində növbəti dəfə topu itirməyimizdən istifadə edən sumqayıtlılar uzun ötürməylə topu müdafiəçilərimizin arxasına göndərdilər. Burada isə “Standard”ın gürcü yarımmüdafiəçisi Georgiy Seturidze bərabərlik tiounu vurdu.
 
Hissənin sonunadək üstünlüyü əldən verməyən meydan sahibləri bir neçə dəfə ikinci qolu vurmağa yaxın oldular. Ədalətli olub qeyd etməliyik ki, bu dəqiqələrdə bəxt tərəfimizdə oldu. 44-cü dəqiqədə isə yenə səhnəyə Allan Lalin çıxdı və topu qəbul edərək 30 irəliləyib ardıcıl ikinci oyunda “dubl” müəllifi oldu. Bununla da honduraslı futbolçu Ağasəlim Mircavadovun İvan Svetkovu deyil, məhz onu mərkəz hücumçusu mövqeyində oynatmaq qərarının düzgün olduğunu nümayiş etdirdi.
 
Yeri gəlmişkən, Ağasəlim Mircavadovun oyundan öncə söylədiyi kimi, heyətlə bağlı sürpriz etmişdi. Radomir Todorovun yerinə Ruslan Poladovun çıxması az-çox gözlənilən idisə, xəstəlik üzündən oyuna hazır olmayan Fatih Sonkayanın sağ cinahında Denis Silvanın oynaması təəccüb doğurdu. Braziliyalı müdafiəçi fəal olmağa çalışsa da, yeni mövqeyə alışmadığı görsənirdi.
 
“Ağ-yaşıllar” fasiləyə öndə getsələr də, baş məşqçimizin ilk yarıdan çox narazı qaldığını hiss etməmək mümkün deyildi. Ağasəlim bəyin komandası fasilədən dönərkən heyətdə iki dəyişiklik olmuşdu – debüt oyununda səviyyəsini ortaya qoyan Tomas İneman Kostadin Cambazovu, Ceyhun Sultanov isə oyunu heç alınmayan Mario Souzanı əvəzləmişdir. Amma daha fəal rəqib topa sahib olduğundan komandamız irəli xəttdə ciddi heç nə yarada bilmirdi. Yalnız baş məşqçinin dincəlmək imkanı verdiyi Denis Kalinkov meydana çıxdıqdan sonra vəziyyət bir qədər dəyişdi. Rəqibin böyük qüvvəylə irəli atılmasından yararlanan moldovalı insayd ən azı üç qol vəziyyəti yaratdı. Əks-hücumların birində Denis madafəçidən sıyrılıb Nizamiyə əla ötürmə versə də, ikinci topa vaxtında yetişə bilmədi. Amma hücum davam etdi və Nizami qapı qarşısında Lalini tapdı. Top honduraslının ayağından sürüşərək yenidən Denisin ixtiyarına düşdü. Azarkeşlərin versiyasına görə cari mövsümün startında “Xəzər Lənkəran”ın ən yaxşı futbolçusu bir göz qırpımında müdafiəçidən, sonra isə qapıçıdan da sıyrıldı və qapıyla üz-üzə qaldı... Təəssüf ki, Denisin zərbəsi rəqib müdafiəçinin başına dəyərəq qolla yox, künc zərbəsiylə yekunlaşdı. Bu epizodda əlehimizə çıxış edən bəxt ilahəsi cəmi 3-4 dəqiqə sonra xeyrimizə qərar verdi – qapımız qarşısında yaranan qarmaqarışıqlıqda top dirəkdən döndü.
 
Beləliklə, futbolçularımız Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionunda qələbə seriyasını 10 oyuna çatdırdılar. Hazırda hesabında 11 xal olan “Xəzər Lənkəran” Unibank Premyer Liqasının potensial lideri statusunu qorumaqdadır. Komandamız növbəti oyununu çərşənbə günü “Olimpik-Şüvəlan”a qapşı keçirəcək.
 
Oyunun texniki nəticələri ilə burada tanış ol.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.