Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

UPL – III tur. İlk məğlubiyyət

Dünən Unibank Premyer Liqasının təxirə salınmış III turunda “Xəzər Lənkəran” “Olimpik-Şüvəlan”a uduzaraq çempionatın yeganə məğlubedilməz komandası statusunu itirdi. Bunadək komandamız keçirdiyi 5 oyunda üç qələbə qazanmış, 2 dəfə heç-heçə oynamışdı.
 
“Olimpik-Şüvəlan”la görüşün ağır keçəcəyi öncədən məlum idi. Təsadüfi deyil ki, rəqiblər arasında keçirilən son dörd çempionat oyununda qapılara cəmi bir qol vurulmuşdu. Tendensiya dəyişmədi. “Təyyarəçilər” cari çempionatın ən çox qol buraxan komandası olsa da, “Xəzər Lənkəran”ın önünə daha əzmlə və iradəli çıxmışdılar. Öz meydanında oynamasına baxmayaraq əsas diqqəti müdafiəyə ayıran bakılılar futbolçularımıza hücum qurmaq üçün boş zona vermirdilər. İvan Pexanın kobud səhvi (slovakiyalı başıyla topu qapıçımıza ünvanlayarkən, “mərmi”ni Anatoliy Doroşun önünə atdı və meydan sahiblərinin moldovalı legioneri Kamran Ağayevlə üz-üzə qalaraq cari mövsüm 6-cı qoluna imza atdı) nəticəsində hesab açıldıqdan sonra isə işimiz daha da çətinləşdi. Faktiki olaraq yalnız müdafiə haqda düşünən rəqib önündə bir dəfə olsun belə real qol vəziyyəti yarada bilmədik. “Olimpik-Şüvəlan”ın futbolçuları komandamızın əsas oyun qurucusu Junior Osvaldoya əl-qol açmağa imkan vermədilər və braziliyalı mövsümün ən pis oyununu keçirdi.
 
Bununla belə, “aö-yaşıllar” bir neçə dəfə qola yaxın oldular. Hələ birinci yarıda Denis Kalinkov təxminən 30 metrdən fantastik zərbəylə dirəyi nişan aldı. Moldovalı legionerimizin iki asması da çox təhlükəli alındı. Lakin nə Allan Lalin, nə də İvan Svetkovun baş zərbəsi dəqiq alındı. İkinci yarıda isə Ceyhun Sultanovun çox təhlükəli zərbəsini müdafiəçi əliylə saxlasa da, oyunu bərbad səviyyədə idarə etmiş referi Elçin Məmmədovun fiti susdu. Komandamız oyunun sonlarını üç müdafiəçi və dörd hücumçuyla keçirsə də, hesabı bərabərləşdirmək mümkün olmadı.
 
Məğlubiyyətin əsas səbəblərini komandanın oyunundakı problemlərdə axtarmaqla yanaşı, bir məqama da xüsusi diqqət yetirmək vacibdi. Dünənki oyunda referi üç rekorda imza atdı. Əvvəla, hələ heç bir futbol matçında hakim bu qədər fit çalmamışdı – Məmmədovun Ginnesin rekordlar kitabına düşmək şansı böyükdür. Məhz bu cür idarəçilik oyunun tempinin artmasına imkan vermədi. Referi ilk yarıda ardıcıl 4-5 dəfə komandamız küncdən zərbə vurarkən cərimə meydançasında futbolçuların bir-birini müvqe uğrunda itələməsini qayda pozuntusu kimi dəyərləndirdi və hər dəfə də meydan sahiblərinin lehinə qərar verdi. Dəfələrlə oyun qayda pozuntusuna yol verən “Olimpik-Şüvəlan”lı futbolçuların lehinə dayandırıldı. Nəhayət, yuxarıda təsvir edilən Sultanov epizodundan sonra hələ ilk yarıda azarkeşlərin söyməyə başladığı refei Məmmədov ən alçaldıcı sözlərə layiq görüldü... Və maraqlıdır ki, bütün bunlar PFL prezidenti Ramin Musayevlə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun gözləri qarşısında baş verdi.
Mövsüm ərzində ilk yenilgisini alan “Xəzər Lənkəran” şənbə günü Lənkəranda çempionatın lideri “Simurq”u qəbul edəcək.
 
Oyunun texniki nəticələri ilə burada tanış ol.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.