Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Sorğu: Kalinkov “Xəzər Lənkəran”ın ən yaxşı futbolçusudur

“lankaranfc.com” portalının ziyarətçilərinin fikrincə Unibank Premyer Liqasında keçirilmiş ilk dörd oyundan sonra “Xəzər Lənkəran”ın ən yaxşı futbolçusu Denis Kalinkovdur.
 
İlk turlarda meydanda cəmi 257 dəqiqə keçirən cinah hücumçusu iki dəfə fərqlənməyi bacarıb. Kalinkov xüsusilə mövsümün ilk oyununda (“İnter”, 1:0) sonradan meydana daxil olaraq son dəqiqələrdə həlledici qola imza atmaqla görüşün taleyini həll etmiş və bununla da azarkeşlərin rəğbətini qazanmışdır. Moldova millisinin hücumçusu respondentlərin böyük əksəriyyətinin səsini qazanıb – 107 səs (təxminən 31%).
 
Sonrakı yerlərdə honduraslı hücumçu Allan Lalinlə (44 səs) slovakiyalı müdafiəçi İvan Pexa (38səs) qərarlaşıblar. Sorğunun maraqlı məqamı da elə burada gizlənib. Nəticələr azarkeşlərin “Xəzər Lənkəran”ın yay seleksiya kampaniyasından razı qaldığını göstəriblər. Qeyd edək ki, ilk üç yeri tutmuş futbolçuların hamısı komandamızın heyətinə yayda cəlb olunublar.
 
Ümumilikdə isə on gün ərzində sorğuya 342 futbolsevər qatılıb.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.