Rəqiblər dəyişdi – “Kadriye Bələdiyyəsi Spor” və “Antalyaspor”

Türkiyədə təlim-məşq toplanışını başa vurmaq üzrə olan “Xəzər Lənkəran” bugün ikinci hazırlıq matçını keçirəcək. Lakin komandamız öncədən nəzərdə tutulduğu kimi Türkiyə Superliqasının təmsilçisi “Qaziantepspor”la deyil, həvəskar statusu daşıyan “Kadriye Bələdiyyəsi Spor”la (4-cü liqa) qarşılaşacaq. Oyun Bakı vaxıyla saat 19.30-da başlayacaq. “Xəzər Lənkəran” sonuncu – üçüncü sınaq oyununun proqramında da dəyişiklik olub – rəqib “İstanbul Böyükşəhər Bələdiyyəsi Spor” (İBB) deyil, Superliqanın digər təmsilçisi “Antalyaspor” olacaq.
 
 
Komandamızın rəisi Səməd Mustafayevdən aldığımız bilgiyə görə, sparrinq rəqibin dəyişməsinə səbəb türkiyəlilərin qeyri-ciddiliyi səbəb olub. Klub rəsmisinin dediyinə görə, həm İBB, həm də “Qaziantepspor” komandamızla qarşılaşmağa razılıq vermişdilər. Lakin sonradan planlarını dəyişən Superliqa təmsilçiləri bizimkilərlə oynaya bilməyəcəyini bildiriblər. Bu səbəbdən komandamız başqa rəqiblər axtarmalı olub.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.