“Qaziantepspor” və “İ.B.Bələdiyyəspor”

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən “Xəzər Lənkəran” artıq ilk sınaq matçını keçirib. Futbolçularımız ünlü Yılmaza Vuralın rəhbərlik etdiyi “Kasımpaşa”nı 2:1 hesabıyla məğlub etməyi bacarıblar.

Türkiyə Superliqasının autsayderinə qarşı oyunda komandamızın hər iki qoluna İvan Svetkov imza atıb. Oyun haqda daha ətraflı məlumat az sonra saytımızda yerləşdiriləcək.

Bu arada isə oktyabrın 11-dək davam edəcək toplanışda komandamızın növbəti sparrinq-rəqiblərinin adı dəqiqləşib. Ağasəlim Mircavadovun başçılıq etdiyi “ağ-yaşıllar” oktyabrın 8-də “Qaziantepspor”la, iki gün sonra isə “İstanbul Böyükşəhər Bələdiyyəsi”ylə qarşılaşacaqlar. Hər iki rəqib Türkiyə Süperliqasının təmsilçisidir.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.