Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Klub prezidenti komandayla görüşdü

Bu dəqiqələrdə “Xəzər Lənkəran” mərkəzi stadionunun ehtiyat meydançasında komandamızın “Simurq” oyunundan öncə son məşqi tamamlanmaq üzrədi.
 
Məşqə tam heyətlə qatılan komandamız (zədəli Dieqo Souzadan başqa) daxilində yüksək əhval-ruhiyyə hökm sürür. Hazırda klub prezidenti Mais Mənsimov da Lənkərandadı və məşqi izləyir. Mais bəy futbolçularla görüşüb və “Olimpik-Şüvəlan” məğlubiyyətini unutduğunu bildirərək, komanda üzvlərindən də üç gün öncəki oyunun xoş olmayan xatirələrini beyinlərindən silməyi xahiş edib. Qarşıdakı oyunun önəmini vurğulayan klub başqanı nəticənin önəmli olduğunu vurğulamaqla yanaşı, bir daha komandanı əzmkar, döyüşkən, istəkli görmək istədiyini söyləyib:
- “Bizi rəqiblərimizdən fərqləndirən önəmli bir cəhətimiz var - azarkeşlər. “Xəzər Lənkəran” elə oynamalıdı ki, oyun tamaşaya dönsün, Bizim oyun azarkeşlərimizi sevindirməli, onlara ləzzət verməlidi. Mən əminəm ki, “Xəzər Lənkəran” üçün nəticə qazanmaq çətin deyil – mövsümün sonu buna hamı inanacaq. Odur ki, əsas tələbim baxımlı oyundu. Sabah “Xəzər Lənkəran”ın Azərbaycanın ən güclüsü olduğunu meydanda göstərəcəyinizə şübhə etmirəm”.
 
Xatırladaq ki, “Xəzər Lənkəran” – “Simurq” oyunu sabah saat 18.00-da başlayacaq və AzTV telekanalı oyunu “Xəzər Lənkəran” mərkəzi stadionundan birbaşa yayımlayacaq.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.