Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Kamran - millinin yeni kapitanı?

Oktyabrın 10-da Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn millisinə qarşı keçiriləcək oyunda Azərbaycan Milli yığma komandasını kapitan sarğısını “Xəzər Lənkəran”ın qolkiperi Kamran Ağayev çıxara bilər.

Hazırda Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan milli komandamızın əsas kapitanı Rəşad Sadıqov (“Qarabağ”) zədəli olduğundan seçmə mərhələnin son iki oyununda (Lixtenşteynə qarşı oyundan dörd gün sonra millimiz Bakıda Rusiya yığmasını qəbul edəcək) meydana çıxa bilməyəcək. Ötən ay Almaniya millisinə qarşı görüşdə meydandan qovulan vitse-kapitan Samir Abbasov (“İnter”) cəzalı vəziyyətə düşdüyündən knyazlıq dövlətinin təmsilçiləri ilə görüşü buraxmalı olacaq. Odur ki, komandamızın baş məşqçisi almaniyalı Berti Foqts qısa zaman ərzində millinin yeni kapitanının adını açıqlamalıdır. Ölkə KİV-nın məlumatlarına əsasən, bu məsul “vəzifəyə” iki namizəd var – “Neftçi”nin müdafiəçi Rail Məlikov və Kamran Ağayev.

Yeri gəlmişkən, “Xəzər Lənkəran”ın gənc qolkiperi Kamran Ağayevin hazırda klubunda da sarğını daşıdığını qeyd edək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.