Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Allan Lalin: “Mundiala getmək şansım çox yüksəkdir”

“Xəzər Lənkəran”ın hücumçusu Allan Lalin gələn il CAR-da keçiriləcək növbəti Dünya çempionatında iştirak etmək şansı qazanıb. Xəbər verdiyimiz kimi, Honduras millisi seçmə mərhələnin son oyununda qələbə qazanaraq Afrikaya birbaşa vəsiqə əldə ediblər.
 
Dünən komandamızın hücumçusu Allan Lalinlə görüşüb Honduras millisinin qazandığı tarixi uğur, futbolçumuzun son dörd rəsmi oyuna çağrılmaması haqda fikirlərini öyrəndik. “Muğan” tilsimini qıran forvard 27 illik fasilədən sonra mundiala qazanılan vəsiqəni futbolçuların xalqa hədiyyəsi kimi qələmə verdi: “Son zamanlar Hondurasda siyasi vəziyyət bir qədər qarışıq idi. Az qala vətəndaş müharibəsi həddinə çatmışdıq. Xalqımız çox çətinliklər yaşamışdı. Odur ki, bu uğur onların əzablarının qarşılığı oldu”.
 
Daha sonra Lalin son oyunlara dəvət almadığına və tarixi zəfərin qazanılmasında birbaşa iştirak etmədiyinə görə baş məşqçidən incimədiyini bildirib:
- “Necə inciyim axı? Kolumbiyalı çalışdırıcımız Reinaldo Ruedaya məni milliyə cəlb etdiyinə görə minnətdaram. O mənə hər zaman inanıb. Sadəcə o bilir ki, hələ “Gold Cup”da aldığım zədədən sonra formamı tam bərpa etməmişəm. İndi-indi özümə gəlirəm. Honduras mətbuatı mənimlə müntəzəm maraqlanır, Rueda mənə inanır. Odur ki, mundial arzusunu həyata keçirmək şansım çox yüksəkdir. Bir də ki, bu mənə əlavə stimul verəcək ki, formamı mümkün qədər yaxşılaşdırım”.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.