Yığmanın üzvləri komandaya qoşulurlar

“Xəzər-Lənkəran”ın milli komandada çıxış edən üç üzvü – Rəşad Abdullayev, İlqar Əbdürrəhmanov və İlqar Qurbanov fevralın 6-dan etibarən klubun düşərgəsindən ayrılmışdılar. Moldova ilə oyundan sonra isə futbolçular artıq yenidən cənub bölgəsinə yola düşəcəklər.
 
Qeyd edək ki, millimizin baş məşqçisi Karlos Alberto Torres Moldovaya qarşı çıxardığı start heyətinə yalnız bir “Xəzər-Lənkəran” nümayəndəsini – İlqar Qurbanovu daxil etmişdi. İkinci hissənin 46-cı dəqiqəsində İlqar Əbdürrəhmanov, final fitinə 5 dəqiqə qalmış isə Rəşad Abdullayev meydançaya daxil oldu.
 
Futbolçularımız sabah erkən saatlarında paytaxtdan ayrılaraq Lənkərana yollanacaqlar.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.