Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər-Lənkəran” startda ədalətsizliklə üzləşir

Xəbər verdiyimiz kimi, “Xəzər-Lənkəran” ikinci dövrənin ilk oyununda “Turan”ı Lənkəran şəhər stadionunda qəbul etməliydi. Hətta bu haqda mətbuatda da kifayət qədər məlumat verilmişdi. Lakin AFFA daha doğrusu federasiyanın baş katibi Fuad Əsədov matçın Lənkəranda keçirilməməsi üçün bütün qüvvəsini səfərbər edərək oyunun doğma rayondan kənarda keçiriləcəyinə dair qərarın qəbul olunmasına nail oldu. Artıq ilk turdan ədalətsizliklə üzləşən komandamız Tovuz klubunu Cəlilabad şəhər stadionunda qəbul etməyə məcburdur. Baş katib Fuad Əsədov isə belə qərar çıxarılmasını heç özü də izah edə bilmir. Əslində oyunun Lənkəranda keçirilməməsi üçün ciddi bir əsas da yoxdur. Arenadakı tikinti işləri başa çatmasa da, matçın baş tutması üçün heç bir əngəl qalmayıb. Yalnız tribunada tikinti işləri davam edir ki, bu da yalnız istənilən sayda azarkeşlərin tribunaya toplaşmasına mane ola bilər. Lakin futbolçular üçün soyunub-geyinmə otaqları, hakimlərin otağı, əksər stadionlarımızda rast gələ bilmədiyimiz tibbi müayinə üçün otaq, mətbuat konfransı üçün zal eyni zamanda qazonun vəziyyəti də hazır vəziyyətdədir. Belə olan halda nəyə görə oyunumuz Cəlilabadda keçirilməlidir? Əgər səbəb tribunadakı tikinti işləridirsə, deməli klubumuz artıq ikinci dövrə start götürməmiş təzyiqlə qarşılaşır. Çünki hal-hazırda Azərbaycanın əksər stadionlarında nəinki tribunalarda hətta futbolçuların soyunub-geyinmə otaqlarında normal şərait yoxdur. Yalnız onu qeyd etmək kifayətdir ki, İmişli rayonundakı stadionda da tribunada tikinti işləri bitmədiyi halda “MKT-Araz” rəqiblərini doğma meydançada qəbul edirdi. Lakin Fuad Əsədov israrla matçın Lənkəranda keçirilməsinin mümkünsüz olduğunu vurğulayır. Əsədovun bununla bağlı irəli sürdüyü məqamlardan birini də əsassız hesab etmək olar. Belə ki, qurumun baş katibi “Xəzər-Lənkəran” rəhbərliyinin oyunun Lənkəranda keçirilməsi üçün AFFA-ya rəsmi müraciət etmədiyini bildirir. Əgər Əsədovun sözlərində həqiqət varsa, nəyə görə AFFA rəsmisi Xalid Novruzov fevral ayının 5-də stadiondakı vəziyyəti öyrənmək üçün Lənkərana yollanmışdı? Əgər “Xəzər-Lənkəran” rəhbərliyinin AFFA-ya belə bir müraciəti olmasaydı təbii olaraq Novruzov da stadionu yoxlamaq üçün Lənkərana yollanmazdı. Hətta ən acınacaqlı məqamlardan biri də budur ki, Xalid Novruzov stadionda matç keçirilməsi üçün hər bir şəraitin olduğunu qeyd etmişdi. Oyunun Cəlilabadda keçirilməsi üçün çıxarılan qərarı isə yalnız bir cür izah etmək olar. Mətbuatda da yazıldığı kimi artıq “Turan”ın bu görüşdə qənaətbəxş nəticə əldə etməsi üçün indidən əməli tədbirlər görülür. Azərbaycan futbolunun canlı əfsanələrindən biri Maşallah Əhmədov da AFFA-da Tovuz mafiyasının olduğunu iddia edir. Lakin inanırıq ki, komandamız meydançada gücünü göstərərək ikinci dövrəyə möhtəşəm qələbə ilə start verəcək. Azarkeşlərimiz isə həmişə olduğu kimi “Turan”la matçda da komandamızı qələbəyə səsləyəcəklər.


Zaur Əzizov
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.