Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər-Lənkəran” ikinci dövrəyə start verir

Çempionluğu hədəfləyən “Xəzər-Lənkəran” bu gün ölkə çempionatının ikinci dövrəsində ilk oyununu keçirəcək. Rəqib turnir cədvəlində komandamızla qonşu olan Tovuzun “Turan” klubudur. Qeyd edək ki, bu komandaların ilk oyununda matç 1:1 hesabı ilə başa çatmışdı. Öncədən matçın Lənkəranda keçirilməsi nəzərdə tutulsa da, AFFA rəsmilərinin birmənalı qarşılanmayan qərarından sonra oyunun Cəlilabad şəhər stadionunda keçiriləcəyi müəyyənləşdi. “Xəzər-Lənkəran”ın heyətində hazırda yalnız bir itki var. Belə ki, bolqarıstanlı legioner Martin Stankov zədə səbəbi ilə görüşdə iştirak etməyəcək. “Turan”da da iki ciddi itki var. Belə ki, klubun ən çox qol vuran oyunçusu Kənan Kərimov zədə səbəbi ilə komandasına kömək edə bilməyəcək. Eyni səbəbdən müdafiə xəttinin üzvü Ramiz Məmmədov da Cəlilabaddakı oyunda iştirak etməyəcək. Hər iki komandanın baş məşqçisi meydançaya qələbə qazanmaq üçün çıxacaqlarını bildirib.

Rasim Kara (“Xəzər-Lənkəran”): “Turan” yüksək yerlərə iddia edən klublardandır. Heyətində təhlükəli futbolçular var. Bu səbəbdən matçın bizim üçün asan keçməyəcəyi aydındır. Amma meydançaya qələbə qazanmaq üçün çıxacağıq”.

Naci Şensoy (“Turan”): “Xəzər-Lənkəran”la matçımız olduqca çətin keçəcək. Rəqib güclü futbolçulardan qurulan komandadır. Amma təslim olmaq fikrimiz yoxdur. Çempionatın ikinci dövrəsinə qələbə ilə başlamaq niyyətindəyik”.

Onu da əlavə edək ki, qarşılaşmanı Fariz Yusifov idarə edəcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.