Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Üç futbolçumuz yığmaya çağırıldı

Trinidad və Tobaqodan yenicə dönən milli komandamız bir neçə gündən sonra yenidən bir araya gələcək. Belə ki, yığmamız fevralın 9-da paytaxtda Moldova millisi ilə yoldaşlıq görüşü keçirəcək. Əsas komandanın baş məşqçisi Karlos Alberto Torresin Bakıda olmamasına baxmayaraq, moldovanlara qarşı oynayacaq futbolçuların siyahısı artıq bəllidir.
 
Trinidad və Tobaqo ilə oyunda məşqçilər korpusunun etimadını qazanan “Xəzər-Lənkəran”ın oyunçuları Rəşad Abdullayev və İlqar Əbdürrəhmanov bu dəfə də ölkənin bir nömrəli komandasına dəvət alıblar. Əlavə olaraq, klubumuzun son transferi olan İlqar Qurbanov da Moldova ilə oyuna çağırılanların arasındadır. Ümumilikdə isə yığmaya çağırılanlar aşağıdakılardır.

Qapıçılar: Cahangir Həsənzadə (“Neftçi”), Ruslan Məcidov (“Anji”)

Müdafiəçilər: Rəşad Sadıqov (“Neftçi”), Samir Abbasov (“Qarabağ”), İlqar Əbdürrəhmanov (“Xəzər-Lənkəran”), Aftandil Hacıyev (“Turan”), Rafael Əmirbəyov, Rail Məlikov (hər ikisi “Bakı”), Mahir Şükürov (“Karvan”)

Yarımmüdafiəçilər: Elmar Baxşıyev (“İnter”), Anatoli Ponomaryov, Aslan Kərimov (hər ikisi “Qarabağ”), Rəşad Abdullayev (“Xəzər-Lənkəran”), Kamal Quliyev (“Karvan”), Emin Quliyev (“Neftçi”)

Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), İlqar Qurbanov (“Xəzər-Lənkəran”), Nadir Nəbiyev (“Turan”), Zaur Ramazanov (“Karvan”)

Əlavə edək ki, milli fevralın 6-dan etibarən “Elit” otelində təlim-məşq toplanışına yığışacaq.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.