Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Rəqibimiz Antalyada məğlub oldu

Birinci dövrənin ilk turunda qarşılaşacağımız “Turan” Antalyada keçirdiyi təlim-məşq toplanışını başa vurmaq üzrədir. Belə ki, komanda artıq sabah Antalya - İstanbul – Bakı reysi ilə vətənə dönəcək. Səfər ərəfəsində isə Tovuz klubu növbəti yoxlama matçına çıxıb.
 
Rəqib Rusiya birinci divizion komandalarından “Luç-Energiya” olub. Oyuna fəal başlayan ruslar tezliklə hesabı açıblar. Hissənin ortalarında “Turan” qapısından daha bir qol buraxıb. Lakin fasilə ərəfəsində Azərbaycan təmsilçisinin qol silahı olan Nadir Nəbiyev fərqi azaldıb. İkinci hissədə oyun bərabər səviyyədə keçib və nəticədə tərəflər hərəyə bir qol vurub.
 
“Turan”ın qoluna 88-ci dəqiqədə tovuzluların gənc forvardı Vüsal Qarayev imza atıb. Qarşılaşmadan sonra bəzi futbolçular komandanın düşərgəsini tərk ediblər. Belə ki, Nadir Nəbiyev və Aftandil Hacıyev milli komandanın düşərgəsinə qatılıblar. “Turan”ın beş üzvü – Kamran Ağayev, Elnur Abbasov, Camal Məmmədov, Romal Hüseynov və Vüsal Qarayev isə olimpiya yığmasının düşərgəsinə yollanıblar.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.