Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Rasim Kara Azərbaycanda xoşbəxtdir

Sərlövhəyə çıxardığımız sözlər ölkəmizdə dərc olunan “Çempion” qəzetinin bu günkü manşet xəbəri olub. Nəşr “Xəzər-Lənkəran”ın baş məşqçisi Rasim Karanın Türkiyə mətbuatına verdiyi müsahibə barədə yazı dərc edib. Maraqlı olacağını nəzərə alıb yazını diqqətinizə çatdırırıq.
 

“Xəzər-Lənkəran”ın baş məşqçisi Rasim Kara ölkəmizdə fəaliyyət göstərsə də, Türkiyə mətbuatının gündəmindən düşmür. Dünən bu ölkənin ən çox satılan qəzetlərindən olan “Milliyət”də “Xəzər-Lənkəran”ın baş məşqçisinin müsahibəsi yer almışdı. O, burada klubdakı fəaliyyəti və Türkiyə futbolunun işləmə mexanizmi barədə öz fikirlərini bildirib. Xüsusən, qardaş ölkənin futbol həyatında baş verən son hadisələri Kara sərt şəkildə tənqid edib. Rasim bəy Türkiyədə məşqçi olaraq fəaliyyət göstərmək üçün digər əməllərdən də istifadə etməyin labüdlüyündən danışıb.

“Xəzər-Lənkəran”ın baş məşqçisi Rasim Kara hər şeyə sıfırdan başlamağı sevən bir insan olduğunu bilidirib. O, Türkiyədə dürüst olmağın bir işə yaramadığını bildirib: “Türkiyədə çox bilmək, alicənab olmağın bir xeyri yoxdur. Burada məşqçi olaraq fəaliyyət göstərməyin iki yolu var. Birincisi, klub rəhbərlərinə yalançı vədlər verməli, ikincisi isə mətbuatla həmişə isti münasibətlər saxlamalısan. Həyatım boyunca doğru hesab etdiklərimi həyata keçirmişəm. Futbolçu olanda da, məşqçilik edəndə də yaltaq insan olmamışam. Heç kimi işimə vasitəçi tutmamışam”.

O özünü Türkiyənin ən güclü məşqçilərdən biri hesab etdiyini də qeyd edib. Bu yöndə özünü yaxşı yetişdirdiyini və Türkiyədəki bütün məşqçilərlə rəqabət apara biləcək gücdə olduğunu bildirib. O, Türkiyədən ayrılmasının bir başqa səbəbini də açıqlayıb: “Türkiyədə hazırkı şəraitdə işləmək çox çətindir. Bu sistemdə mənim yerim yoxdur. Çünki mən bu sistemdən baş çıxarda bilmərəm. Bəlkə də Türkiyədən ayrılmağımın bir başqa səbəbi də elə budur. Dürüstlüyüm ucbatından səkkiz il çalışdığım Türkiyədə bir milyon dollar alacağım qaldı”.

“Uğur nə ilə ölçülür?”

Rasim Kara “Beşiktaş”da böyük uğurlar qazandığını, lakin bunun lazımınca qiymətləndirilmədiyini deyib. “Xəzər-Lənkəran”ın baş məşqçisi Türkiyədə uğurlu olmaq üçün nə etməyin lazım olduğunu hələ də başa düşmədiyini bildirib: ‘”Mənim “Beşiktaş”la qazandığım rekordlar hələ də təzələnməyib. “Ağ-qaralar” ilk dəfə bir mövsümdə mənim rəhbərliyim altında 88 qol vurub ki, klubun tarixində bu ən yaxşı göstəricidir. Üstəlik top fərqi də 62 idi. Çox uğurlu məşqçi saydıqları Mirça Luceskunun zamanında rəqib qapılarına sadəcə 63 qol vura bilmişdilər. Avropada da ən böyük uğuru da “Beşiktaş” mənim başçılığım altında qazanıb. Daha sonra Lucesku gəlib rekordu təzələdi, amma o da məndən bir tur çox komandanın başında qalmışdı. Ümumiyyətlə, mən bu ölkədə müvəfəqiyyət və uğursuzluğun nə ilə ölçüldüyünü hələ də başa düşə bilməmişəm. əgər del Boskenin etdiklərini Rasim Kara etsəydi maraqlıdır onda nələr olardı?

”Azərbaycanda xoşbəxtəm”

Kara “Milliyət”ə “Xəzər-Lənkəran”da xoşbəxt olduğunu bildirib. O, Lənkəran klubu barəsində qısaca məlumat verməklə yanaşı, bu klubdakı fəaliyyətindən də danışıb: “Azərbaycan çempionatında iştirak edən bu komandada günlərim çox yaxşı keçir. Komandanın prezidenti Mübariz Mənsimov “Beşiktaş”a azarkeşlik edir. On ildən çoxdur ki, Türkiyədə işləyir. O, bir çox böyük kompaniyaların sahibidir. Məni yaxından tanıyırdı. “Xəzər-Lənkəran”a məşqçilik etməyimi də elə o təklif etdi. Hədəfləri olan prezidentdir. Pul problemi olmayan bu klubun təklifi mənə cəlbedici gəldi. Hazırda klubun bazası tikilir. Komandanın sıfırdan qurulmağa başlandığını öyrənəndə mən də razı oldum. Burada üzərimə çətin vəzifələr götürmüşəm. Hədəfimiz UEFA standartlarına cavab verən komanda yaratmaqdır. Burada hər gün fidan əkirəm. Atdığım toxumların cücərdiyini görmək məni çox sevindirir”.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.