Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Paytaxt derbisini kim qazanacaq?

Heç şübhəsiz ki, ikinci dövrənin birinci turunda mərkəzi qarşılaşma paytaxtda keçiriləcək. Çempionluğa iddialı iki komanda – “Neftçi” və “Bakı” Respublikanın mərkəzi arenasında üz-üzə gələcək. Günlərdir mətbuatın gündəmini zəbt edən qarşılaşmanın ətrafında böyük ajiotaj yaşanır. Hətta bu səbəbdən “Bakı” hazırlıq prosesinin son mərhələsini paytaxtda deyil Qubada keçirməyi məqsədəuyğun saydı. Qeyd edək ki, bu komandaların ilk qarşılaşmasında “Bakı” flaqmanı 2:0 hesabı ilə məğlub etmişdi. Hər klubun isə özünəməxsus rekordları var. Belə ki, “Neftçi” artıq bir ildir ki, çempionat oyunlarında qapısından qol buraxmır. “Bakı” isə baş məşqçi Əsgər Abdullayevin gəlişindən sonra məğlubiyyət üzü görməyib. “Neftçi”nin baş məşqçisi Ağasəlim Mircavadov komandasının gücünə inandığını bildirib: “Oyuna yaxşı hazırlaşmışıq. “Bakı” güclü klubdur. Əsgər Abdullayev komandanı yüksək səviyyəyə çatdırıb. Komandamız da yaxşı vəziyyətdədir. İnanıram ki, qələbə qazanacağıq”. “Bakı”nın çalışdırıcısı Əsgər Abdullayev isə ilk turların çox önəmli olduğunu bildirir: “İlk turlarda çətin komandalarla qarşılaşacağıq. Komandamız artıq “Neftçi” eləcə də ikinci dövrəyə hazırdır. Rəqibimiz güclü futbolçulardan qurulub. Hər şeyə meydançada aydınlıq gələcək”.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.