Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Ölkə klublarından son xəbərlər

İkinci dövrənin startına az qalmış ölkə klubları hazırlıqlarının son mərhələsinə başlayıblar. Hələlik əksər komandalarımız çalışmalarını ölkə hüdudlarında davam etdirir. Antalyada təlim-məşq toplanışında olan üç komandamız isə bu gün növbəti yoxlama matçlarına çıxıblar.

Çempionluğa iddialı Yevlaxın “Karvan” klubu hazırlıq matçında İtaliyanın “C” seriyası komandası olan “Vutor”la üz-üzə gəlib. Azərbaycan təmsilçisinin tam üstünlüyü ilə keçən oyunda italyanlar darmadağın olunub və Yevlax klubu rəqibinin qapısından 9 cavabsız top keçirib.

“Xəzər-Lənkəran”ın ikinci dövrənin ilk matçında qarşılaşacağı Tovuzun “Turan” klubu da bu gün yoldaşlıq oyunu keçirib. Əyalət komandasının rəqibi Rusiyanın birinci divizion klublarından “Kamaz” olub. Gərgin keçən oyunda ruslar çətin qələbə qazanıb. Matç “Kamaz”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İddialı komandalardan “Bakı” Antalyada son hazırlıq matçını keçirib. Paytaxt klubu bu gün Rusiya Premyer-Liqası iştirakçılarından olan “Saturn”un əvəzedici heyəti ilə görüşüb. 90 dəqiqənin sonunda qələbə qazanan tərəf həmyerlilərimiz olub. “Bakı”nın vurduğu iki qola “Saturn” yalnız bir dəfə cavab verə bilib. Komandamızın qollarını Rafael Əmirbəyov və Serjinyo vurub.

Birinci dövrənin lideri “Qarabağ” isə növbəti hazırlıq oyununu dünən keçirib. Ağdam klubunun rəqibi Xorvatiyanın “Rodniçski” komandası olub. Görüşdə təmsilçimiz 0:3 hesablı məğlubiyyətə uğrayıb.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.