Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Millimiz bərabərə qaldı

Xəbər verdiyimiz kimi, fevralın 9-da Azərbaycan milli komandası yoldaşlıq qarşılaşmasında Moldova yığması ilə görüşdü. Qeyd edək ki, bu komandalar indiyə qədər iki dəfə ölkəmizdə üz-üzə gəlmişdi.
 
İlk oyunda yığmamız rəqibini minimalhesablı məğlubiyyətə uğratsa da, ikinci qarşılaşmada tərəflər rəqib qapısına yol tapa bilməmişdi. Moldova və Azərbaycan futbolçuları sonuncu dəfə 2004-cü ilin fevralında Kişinyovda qarşılaşmışdı. Həmin matçda meydan sahibləri komandamızı 2:1 hesabı ilə məğlub etmişdi.
 
Respublika stadionunda keçirilən bu günkü oyun isə gözlənildiyindən də maraqsız alındı. Paytaxtda əlverişsiz hava şəraitinin olması, futbolçulara də təsir etdi və ölkənin mərkəzi arenasına toplaşan azsaylı azarkeşlər qol izləyə bilmədilər. Beləcə Azərbaycan yığması altı oyunluq qolsuzluq seriyasını bu dəfə də qıra bilmədi. Xatırladaq ki, millimiz sonuncu dəfə Uelsin qapısına yol tapmışdı.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.