Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Komandamıza mükafat “yağdı”

Artıq bir neçə aydır davam edən “Çempion” qəzetinin ənənəvi “İlin ən yaxşıları” sorğusuna bu gün yekun vuruldu. Bakı Əyləncə Mərkəzində keçirilən möhtəşəm tədbirdə ölkəmizin idman ictimaiyyətinin böyük əksəriyyəti iştirak edirdi.
 
Yekunda 9 mindən artıq oxucunun səs verdiyi sorğuda ilin futbolçusu “Neftçi”nin və milli komandamızın aparıcı üzvlərindən Rəşad Sadıqov seçildi.
 
İlin komandası nominasiyasında qadınlardan ibarət “Azərreyl” voleybol klubu qalib gəldi. Afinadakı Olimpiya oyunlarında Azərbaycana qızıl medal qazandıran Fərid Mənsurov ilin idmançısı adına layiq görüldü.
 
Çoxlarının həyəcanla gözlədiyi ilin idman adamı nominasiyasında qalib AFFA prezidenti Ramiz Mirzəyev seçildi. İlin debütantı “Karvan”, ilin hakimi isə Ağacan Əbiyev seçildi. İlin əcnəbisi nominasiyasında isə iki qalib müəyyən olunmuşdu. Belə ki, milli komandamızın baş məşqçisi Karlos Alberto Torreslə yanaşı, oxucular “Xəzər-Lənkəran”ın qapıçısı Aleksandr Martyoşkini də ölkəmizə gələn ən yaxşı legioner seçib. Lakin komandamıza verilən mükafat bununla bitməyib. Belə ki, klubumuzun baş məşqçisi Rasim Kara Türkiyə-Azərbaycan futbol əlaqələrinin və futbolumuzun inkişafında göstərdiyi xidmətlərə görə “Çempion”un xüsusi mükafatına layiq görüldü. Bundan başqa, Azərbaycan futbolunun inkişafında və “Xəzər-Lənkəran” klubunun yarandığı ildən etibarən iddialılar sırasında olmasına görə “Palmali” Şirkətlər Qrupuna da xüsusi mükafat verildi. Qeyd edək ki, tədbir iştirakçıları arasında yalnız ölkəmizdə fəaliyyət göstərən idman nümayəndələri iştirak etmirdi. Belə ki, “Qalatasaray” klubunun vitse-prezidenti Erqun Gürsoy, Türkiyənin STV telekanalının idman şöbəsinin müdiri Mehmet Şeyho, Türkiyənin “Zaman” qəzetinin idman departamentinin rəhbəri Hayri Bəşər də fəxri qonaqlar arasında idi.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.