Karlos Alberto Torres gəldi

Nəhayət ki, uzun fasilədən sonra milli komandanın baş məşqçisi Karlos Alberto Torres Azərbaycana gəldi. Sonuncu dəfə dekabrın əvvəlində paytaxtda olan braziliyalı çalışdırıcı bu müddətdə Trinidad və Tobaqo ilə keçirilən yoxlama oyunlarında yığmanın düşərgəsində olmuşdu.
 
Dünya çempionu buradan Azərbaycan yox vətəni Braziliyaya qayıtmışdı. Yığma komandamızın üzvləri isə artıq dünəndən etibarən “Elit” otelində təlim-məşq toplanışına yığışıblar. Moldova millisi ilə fevralın 9-da yoldaşlıq matçına çıxacaq komandanın düşərgəsində “Xəzər-Lənkəran”ın üç üzvü – İlqar Əbdürrəhmanov, İlqar Qurbanov və Rəşad Abdullayev də yer alır.
 
Bu gün “Şəfa” stadionunda məşq edən Karlos Alberto Torresin yetirmələri sabah oyundan öncəki son çalışmasına çıxacaq. Məşq “Ədliyyə” stadionunda keçiriləcək. Saat 19:00-da başlanacaq və Azərbaycan Dövlət Televiziyası ilə canlı yayımlanacaq qarşılaşmanın biletləri də artıq neçə gündür satışa çıxarılıb. Matçı tribunadan izləmək istəyən azarkeşlərin diqqətinə çatdıraq ki, biletlərin qiyməti 10.000 – 50.000 manat arasındadır.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.