Hava şəraiti komandamıza mane olur

Xəbər verdiyimiz kimi, Antalyadan vətənə dönən “Xəzər-Lənkəran” artıq çalışmalarını doğma rayonda davam etdirir. Baş məşqçi Rasim Karanın rəhbərliyi altında gündə iki dəfə məşq edən komandamız “Turan”la oyuna səylə hazırlaşır.
 
Öncədən də bilindiyi kimi Tovuz klubu ilə matçda bolqar Martin Stankovun oynamayacağı dəqiqləşib. Futbolçu hazırda doğma vətənində zədəsini müalicə etdirir. “Xəzər-Lənkəran”ın yeni türkiyəli legioneri Tunc da artıq kollektivlə birgə məşqlərə qatılır.
 
Hazırda komandamızın ən böyük probleminin hava şəraiti ilə bağlı olduğunu desək, yanılmarıq. Belə ki, Lənkəranda yağan qar komandamızın çalışmalarına öz təsirini göstərir. Onu da qeyd edək ki, klub rəsmiləri komandanın düşərgəsini ziyarət edərək daima futbolçularla olduqlarını bir daha nümayiş etdiriblər.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.