Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

...Və ilin transferi reallaşdı

Nəhayət ki, “Xəzər-Lənkəran” hər kəsin gözlədiyi sürpriz transferi reallaşdırdı. Futbol ictimaiyyəti günlərdir klubun gerçəkləşdirəcəyi növbəti transferi səbrsizliklə gözləyirdi. Nəhayət, bazar ertəsi Azərbaycan futbolunda növbəti xoş çalxalanma baş verdi.
 
“Xəzər-Lənkəran” milli komandamızın gənc futbolçusu İlqar Qurbanovu heyətinə qatdı. İstedadlı oyunçuya Azərbaycanın digər klublarından da təklif gəlsə də, sonda Qurbanov “Xəzər-Lənkəran”ı seçdi.
 
Artıq bu gecə klubumuzun baş məşqçisi Rasim Kara Azərbaycana gəlir. Qurbanovun da çalışdırıcı ilə birgə vətənə dönməsi istisna olunmur. Qeyd edək ki, uzun müddət “Fənərbağça”nın əvəzedici heyətində çıxış edən Qurbanov dövrələrarası fasilədə əsas komandaya cəlb olunmuşdu.
 
“Fənər”in ulduzları ilə Kristof Daumun rəhbərliyi altında çalışmalara qoşulan futbolçu klubun “Antalyaspor”la keçirdiyi yoxlama matçında meydançaya çıxmışdı. “Xəzər-Lənkəran” milli komandamızın üzvü ilə 1,5 illik müqavilə bağladı.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.