Yığmanın üzvləri “Xəzər-Lənkəran-2”də məşq edəcəklər

Millinin Trinidad və Tobaqo ilə keçirdiyi yoxlama matçları üçün “Xəzər-Lənkəran”ın düşərgəsindən ayrılaraq yığmaya qoşulan Rəşad Abdullayev və İlqar Əbdürrəhmanov artıq vətənə dönüblər. Hazırda qısa müddətli istirahətdə olan oyunçuların Antalyaya getməyib

Bakıda fərdi məşqlərlə kifayətlənəcəyini gözləmək olardı. Belə ki, “Xəzər-Lənkəran” yanvarın 29-da Türkiyədəki təlim-məşq toplanışını başa vurub vətənə qayıdacaq. Klubun baş məşqçisi Rasim Kara İlqar Əbdürrəhmanov və Rəşad Abdullayevin fərdi qaydada deyil, “Xəzər-Lənkəran-2”nin heyətində məşq etməsini daha məqsədəuyğun sayıb. Artıq oyunçular sabahdan etibarən birinci dəstədə mübarizə aparan komandanın düşərgəsinə qatılacaqlar.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.