Yığmamız Trinidad və Tobaqoya məğlub oldu

Yoldaşlıq matçında qüvvəsini sınayan Azərbaycan milli komandası uğursuzluğa düçar olub. Belə ki, iki sınaq oyununda Trinidad və Tobaqoyla qarşılaşan yığmamız hər iki görüşdə məğlub olub. Tərəflər arasında keçirilən ilk oyun yerli komandanın minimalhesablı (1:0) qələbəsi ilə başa çatıb.
 
Bu gecə yığmalar ikinci oyuna çıxıblar. Rəqibin üstünlüyü ilə keçən matç Trinidad və Tobaqonun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundakı qollar 23 və 69-cu dəqiqələrdə vurulub.
 
Trinidad və Tobaqo internet saytlarının verdiyi məlumatlara görə qollarda qapıçıların səhvi olub. Xatırladaq ki, birinci hissədə millimizin qapısını Rauf Mehdiyev, ikinci taymda isə Mikayıl Namazov qoruyub. Görüşdən sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Karlos Alberto Torres Azərbaycan klublarından şikayətlənib: “İstədiyimiz futbolçuları klublar millinin düşərgəsinə buraxmadılar. Trinidad və Tobaqoya qarşı oynayanlar isə özlərini doğrultmadılar. Hiss olunur ki, onların klublarındakı hazırlıqları istənilən səviyyədə olmayıb”.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.