Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər-Lənkəran” toplanışı qələbə ilə başa vurdu

Yanvarın 4-dən etibarən Antalyada təlim-məşq toplanışına yığışan “Xəzər-Lənkəran” planlaşdırdığı kimi artıq vətənə dönmək üzrədir. İkinci dövrədə maksimum nəticə göstərərək çempionluğa yiyələnməyi hədəfə alan komandamız transfer dönəmində də yetərincə fəallıq göstərdi.
 
Vüsal Hüseynov, Səbuhi Sadiqov, İlqar Əbdürrəhmanov, Anar Niftəliyev və Rəşad Kərimovu sıralarına qatan Lənkəran klubu legionerlərlə də gücləndi. Belə ki, komandamızın ikinci dövrədə şərəfini daha üç türkiyəli legioner – Məsud, Tunç və Dəniz Kolqu da qoruyacaq. Antalyadakı çalışmaların finiş nöqtəsinə yaxınlaşan klub bu gün sonuncu yoldaşlıq görüşündə qüvvəsini sınadı. Rəqib Ukraynanın “İliyeçevets” klubu oldu.
 
“Fakel”lə qarşılaşmada olduğu kimi komandamız bu görüşdə də rəqibini 4:2 hesabı ilə məğlub etdi. “Xəzər-Lənkəran”ın türkiyəli qoleadoru Oktay Dərəlioğlu bu oyunda het-trik edərək ikinci dövrə ərəfəsində azarkeşlərə böyük ümidlər verdi. Komandamızın digər qoluna isə digər Məsud imza atıb. Beləliklə “Xəzər-Lənkəran” Antalyadakı yoxlama oyunlarında yüksək qrafik cızaraq turizm ölkəsini məğlubiyyətsiz tərk etdi. Xatırladaq ki, komandamız ilk yoxlama oyununda “Ayntraxt”la qolsuz bərabərə qalmışdı. Daha sonra “Xəzər-Lənkəran” müvafiq olaraq “İstanbul Bələdiyəspor”, “Rubin-2”, “Fakel” və “İliyeçevets”i məğlub etdi. İnanırıq ki, Rasim Karanın yetirmələri qələbə seriyasının ardını çempionat oyunlarında da gətirəcək.

“İliyeçevets”lə görüşdən sonra isə “Xəzər-Lənkəran”ın məşqçisi Çətin Aykut toplanış və son yoxlama oyunu barədə “lankaranfc.com”a eksklüziv açıqlamalar verdi: “Toplanış komanda üçün olduqca faydalı oldu. Futbolçular yoxlama matçlarında da özlərini yaxşı tərəfdən göstərdilər. Sonuncu oyunda da rəqibdən xeyli üstün idik. İnanıram ki, çempionatda istədiyimiz nəticələri qazanacağıq”.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.