Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

“Xəzər-Lənkəran” “Fakel”i də məğlub etdi

Çempionluğa qovuşmaq üçün hazırlığını intensiv surətdə davam etdirən “Xəzər-Lənkəran” hazırlıq proqramında bəzi dəyişiklik edib. Belə ki, yanvarın 26-da Rusiyanın “Ural” komandası ilə yoldaşlıq görüşü keçirməyi planlaşdıran komandamız bu matçın əvəzinə Rusiyanın digər klubu – Voronej şəhərini təmsil edən “Fakel”lə üz-üzə gəlib.
 
Antalyada güclü yağışın yağması belə oyunun gedişatına ciddi təsir göstərməyib və azarkeşlər olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmanın şahidi olublar. Nəticədə komandamız rəqibini 4:2 hesabı ilə məğlub edib. Bu matçda “Xəzər-Lənkəran”ın yeni transferlərindən Səbuhi Sadiqov cənub təmsilçisinin heyətində qol hesabını açıb.
 
Komandamızın qol ümidi Samir Əliyev də dubl edərək “Fakel”ə öz gücünü göstərib. “Xəzər-Lənkəran”ın digər qoluna isə Vyaçeslav Lıçkin imza atıb. Qarşılaşmadan sonra klubun baş məşqçisi Rasim Kara “lankaranfc.com”a eksklüziv açıqlamalar verib: “Komandamdan razı qaldım. Hazırlığımız tam sürəti ilə davam edir. Yoldaşlıq görüşlərində uğurlu nəticələr almışıq. Bunun ardı milli çempionatda da gələcək”.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.