“Xəzər-Lənkəran-2” yoldaşlıq görüşlərinə start verir

Birinci dəstədə çıxış edən “Xəzər-Lənkəran-2” də əsas komanda kimi ikinci dövrəyə hazırlıqlarını davam etdirir. Hazırda Sumqayıtın “Dalğa” mehmanxanasında təlim-məşq toplanışına yığışan komanda məşqlərini Sumqayıt şəhər stadionunda davam etdirir.
 
Baş məşqçi Fazil Əsədov intensiv məşqlərin ardından komandanı yoxlama matçlarında sınamağı düşünür. Belə ki, komandamız sabah saat 12:00-da güclülər dəstəsi təmsilçilərindən “Bakılı” ilə qarşılaşacaq. “Xəzər-Lənkəran-2” bazar günü isə MOİK klubu ilə qarşılaşmağı planlaşdırır. Oyun saat 14:00-da Ordu klubunun stadionunda keçirələcək.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.