Vyeri “İnter”i tərk etməyəcək

İtaliya yığmasının forvardı Kristian Vyerinin “İnter”i tərk edəcəyi ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb. Belə ki, mətbuatın yazdığına baxmayaraq futbolçu hazırkı klubu “İnter”i tərk etməyəcəyini bildirib.
 
“Buradakı vəziyyətim məni qane edir. Bəzən ehtiyat oyunçular skamyasında oturmağıma görə etiraz etdiyimi deyənlər yanılırlar. Heç vaxt buna görə şikayət etməmişəm. Burada qalıb “İnter”lə uğurlara imza atmaq istəyirəm. Hazırda “A” seriyasında vəziyyətimiz bir o qədər də yaxşı deyil. Komandamız məğlub olmasa da, xeyli sayda xal itirmişik. Bu isə “Yuventus” və “Milan”ın bizdən uzaqlaşması ilə nəticələnib. Bununla belə, bizim əsas məqsədimiz çempionatın sonuna qədər uğurlu nəticələr əldə etməkdir. Təbii ki, rəqiblərimizin də xal itkisini gözləyəcəyik”.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.