Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Tofiq Bəhramov anıldı

Azərbaycan futbolunun unudulmaz isimlərindən biri – Tofiq Bəhramov. Yaşasaydı futbol ictimaiyyəti bu gün onun 80 illik yubileyini qeyd edirdi. Lakin təəssüf ki, onu bu gün məzarı önündə ziyarət etdik. 12 il əvvəl dünyasını dəyişən insanın sayəsində bu gün İngiltərədə də Azərbaycanı xatırlayanda adalıların üzündə təbəssüm yaranır.
 
Bəli, 1966-cı ildəki dünya çempionatının final qarşılaşmasında təmsilçimizin qərarından sonra İngiltərə tarixində ən böyük uğurunu qazandı. İllər ötsə də, Bəhramovun bu qərarı bütün dünyanın müzakirə mövzusu oldu və hər kəs hakimimizin doğru qərar verdiyini qəbul etdi. Bəhramov AFFA-nın baş katibi vəzifəsində də çalışıb.
 
Bu gün isə AFFA prezidenti Ramiz Mirzəyev, futbol ictimaiyyətinin nümayəndələri və Bəhramovun yaxın qohumları mərhumu qəbri üzərində ziyarət edib. Tofiq Bəhramovun 80 illik yubileyi eyni zamanda onun adını daşıdığı Respublika Stadionunda da qeyd edildi. Bundan başqa, Ramiz Mirzəyevin başçılıq etdiyi “Azərneftyağ” Zavodunda da əlamətdar günlə bağlı tədbir keçirildi.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.