Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Rasim Kara: “Çempionata hazırıq”

Antalyada təlim-məşq toplanışını başa vuran “Xəzər-Lənkəran”ın yerli futbolçuları gecə vətənə döndü. Fevralın ilk günündə isə komandanın digər üzvləri Azərbaycana gələcəklər. Toplanış və yeni transferlər haqda baş məşqçi Rasim Kara “lankaranfc.com”a eksklüziv mini-müsahibə verib.

- Toplanışı necə dəyərləndirirsiniz?

- Antalyada 35 məşq keçdik, 5 yoxlama oyununda qüvvəmizi sınadıq ki, bunlardan da dördünü qələbə ilə başa vurub, yalnız birində bərabərliyə qaldıq. Toplanışdan razı qaldığımı deyə bilərəm. Çalışmalarımız ərzində bəzi çətinliklərimiz də oldu. Bəzi futbolçuların zədələnməsi, dörd oyunçunun milli komandalara yollanması işimizə çətinlik törədən əsas məqamlardan oldu. Amma ümumilikdə hər şey istədiyimiz kimi oldu.

- Azərbaycan publikası üçün hələlik tanış olmayan legionerlər haqda nə deyə bilərsiniz? Onlar komandaya adaptasiya ola bildilərmi?

- Türk legionerləri öncədən də tanıyırdım və aralarında mənim yetirməm olan da var. Onların gücünə bələd olduğum üçün komandaya gətirdim. Bu futbolçular da gözlədiyimi verdilər və komandaya dərhal alışdılar. Onların toplanışdakı çalışmalarından razı qaldım. Yerli transferlərdən də məmnunam. İlqar Əbdürrəhmanov milli komandanın oyunçusudur və müdafiədəki problemlərimizi həll etmək iqtidarındadır. Vüsal Hüseynov da dərhal komandaya uyğunlaşdı. Səbuhi Sadiqov da toplanış boyu özünü yaxşı tərəfdən göstərdi və onun məşqlərə istəklə yanaşmasını müsbət dəyərləndirirəm. Rəşad Kərimovun səviyyəsinə öncədən də bələd idim. Təəssüf ki, onun milliyə çağırılması bəzi planlarımızı pozdu və futbolçu komanda ilə bütün məşqlərə qatıla bilmədi.

- Yeni transferlər gözlənilirmi?

- Təbii ki, mən də heyətin genişlənməsinin tərəfdarıyam. Bildiyiniz kimi, həm çempionatda həm də ölkə kubokunda bizi çətin qarşılaşmalar gözləyir. Futbolda zədə də var və bu bizim işimizi çətinləşdirə bilər. Ən son örnəyi toplanışda oldu. Martin Stankov ciddi zədə aldı və onun üç həftə düşərgədən ayrı olacağı gözlənilir. Tuncun bir qədər zədəsi var amma o çərşəmbə günü Azərbaycana gələrək məşqlərə qatılacaq. Yeni transferlər isə ola bilər. Bu haqda indidən danışmaq olmaz.

- Antalyada baxışda olan braziliyalıların komandada qalmamasına nə səbəb oldu?

- Onların səviyyəsi məni qane etmədi. Robsonun yaşı az idi və o 2-3 ilə yaxşı futbolçu ola bilər. Amma bizim onu gözləyəcək qədər vaxtımız yoxdur.

- Və son olaraq “Xəzər-Lənkəran”ın çempionata hazır olduğunu söyləmək olarmı?

- Əminliklə deyirəm ki, komanda çempionata hazırdır. Ciddi problemlərimiz yoxdur. Təlim-məşq toplanışında futbolçular yaxşı çalışdılar və inanıram ki, çempionatda bunun nəticəsini görəcəyik.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.