Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Abunə

"Xəzər Lənkəran"dan Azərbaycanda görünməmiş yenilik
Mövsümlük abunə kartları satışda!

"Xəzər Lənkəran" ölkəmizin futbol ailəsinə 2004-cü ildə qoşulsa da, qısa müddət ərzində dəbi müəyyənləşdirənlərdən birinə çevrilib. Belə demək mümkünsə, ölkə futbolunun məzmununu dəyişən klubumuz yarış meydanındakı nəticələri ilə yanaşı, təşkilatı işlər baxımından da yeniliklərlə seçilməyə, həmişə öndə olmağa çalışır.

2009-cu ildən etibarən "Xəzər Lənkəran" Futbol Klubunun rəhbərliyi ölkə futbolu aına daha bir ilkə imza atıb - klubun mövsümlük abunə kartları satışa çıxarılıb. Azarkeş dəstəyi sarıdan liderliyi son mövsümlərdə heç kimə verməyən "Xəzər Lənkəran" rəhbərliyinin tərəfdarların rahatlığını təmin etmək, eyni zamanda marketinq və kommersiya baxımından vacib sayılan sabit gəlirə sahib olmaq məqsədilə atdığı addım ölkəmizin klub futbolunun inkişafına özünəməxsus təkan verəcəyinə inanırıq.

 
 

 

 

Klub arenanın tutumu qədər kart sifariş verib ki, mövsümlük biletlər 3 növdədir: qızıl, gümüş və standart. Hər bir kartın müəyyən özəllikləri var.

 

Standart kart - 40 AZN
- stadiona VİP girişdən daxil olmaq
- 2015/2016 mövümü üçün tribunalarda klub tərəfindən müəyyən edilmiş oturacaqlardan istifadə etmək.

 

Gümüş kart - 140 AZN
- stadiona VİP-girişdən daxil olmaq
- 2015/2016 mövümü üçün VİP-B tribunasında oturacaq
- fan-şopda endirim

 

Qızıl kart - 200 AZN
- stadionun ərazisində avtomobil dayanacağından istifadə etmək
- stadiona VİP-girişdən daxil olmaq
- 2015/2016 mövsümü üçün VİP-A tribunasında oturacaq
- klubun rəsmi tədbirlərində iştirak etmək

 

Abunə qiymətlərinin hər kəsin cibinə görə olduğunu da deyək. "Xəzər Lənkəran" mövsüm ərzində 20-dən çox (kubok qarşılaşmaları da nəzərə alınmaqla) oyun keçirəcək ki, standart abunə kartı orta hesabla bir oyuna görə biletin qiymətinə bərabərdir. Rahatlığını düşünən azarkeş üçün kartın dəyəri böyükdür.


Klub rəhbərliyi abunəçi azarkeşlərlə oyuna biletlə gələnlərin yer üstündə mübahisə etmək perspektivini də nəzərə alıb. Odur ki, Lənkərandakı stadionda yerləşən satış mərkəzinə şəxsiyyət vəsiqəsinin surətiylə yaxınlaşmalı olan şəxslər mövsümlük kirayələcəyi oturacağı da qeyd etdirməlidir.

 


Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.