Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Sponsorlar

Palmali - “Xəzər Lənkəran” Futbol Klubunun Təsisçisi və Baş Sponsoru

 

PALMALI Şirkətlər Qrupunun tərkibində 48 müxtəlif müəssisə və cəmiyyət fəaliyyət göstərir. Baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşən Şirkətlər Qrupu 1998-ci ildə təsis edilib və hazırda 45 min nəfərlik kadr heyətinə sahibdir.


Şirkətlər Qrupunun əsas fəaliyyət istiqaməti dəniz daşımaçılığıyla bağlıdır. Strateji Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəql olunan Azərbaycan neftinin daşınmasını həyata keçirən PALMALİ Şirkətlər Qrupu dəniz daşımaçılığı sahəsində dünya öncüllərindəndir. Bununla yanaşı Şirkətlər Qrupunun daxilinə “PALAVIA”, “PAL INŞAAT”, “PAL MED”, “PAL MEDIA”, “Pal Sosial Təsislər və Turizm” şirkətləri daxildir. 


2002-ci ildən etibarən Şirkətlər Qrupunun Bakı ofisi fəaliyyətə başlayıb. PALMALİ-Bakı müxtəlif sahələrdə müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldur. Şirkətlər Qrupunun Azərbaycanla bağlı bütün layihə və planlarının keyfiyyətli şəkildə gerçəkləşdirilməsinə PALMALİ-Bakı nəzarət edir.


Şirkətlər Qrupu 2004-cü ildə “Xəzər Lənkəran” Futbol Klubunu təsis edib və onun böyük uğurlar qazanması üçün hər cür şərait yaradıb – Lənkəranda müasir Avropa standartlarına cavab verən stadion və baza tikilib. Yarandığı 9 il ərzində bir dəfə ölkə çempionu, üç dəfə Azərbaycan kubokunun sahibi, üç dəfə Azərbaycan çempionatının gümüş mükafatçısı, iki dəfə Azərbaycan Kubokunun finalçısı və bir dəfə isə postsovet ölkələrinin çempionları arasında keçirilən “Birlik kuboku”nun sahibi olub.


PALMALI Şirkətlər Qrupu 2008-ci ildə NURSÜD Süd və Süd Məhsulları Zavodunun tikintisini başa çatdırıb və fabrik istismara verilib.

 

Ünvan:  Azərbaycan, Bakı
Teymur Əliyev küç, 27
AZ1069
Tel:    +994 5636070
+994 5636071
Faks:  +994 5636075

Palmali Holding Co. Ltd.
Ebulula Cad., Maya Sit. No 1, L Blok, 34335 Akatlar, Istanbul, Turkey
Tel: + 90 212 350 09 00
Fax:: + 90 212 350 09 09
e-mail: palmali@palmali.com
www.palmali.com

 

PalSüd - “Xəzər Lənkəran” Futbol Klubunun Titul Sponsoru

 

PALMALI Şirkətlər Qrupu tərəfindən 2005-ci ildə Lənkəranda tikintisinə başlanan NURSÜD Süd və Süd Məhsulları Zavodu artıq fəaliyyətə başlayıb. NURSÜD – müasir avadanlıqlarla onları idarə edən yüksək ixtisaslı mütəxəssislərin vəhdətindən qurulmuş bir müəssisədir.


2008-ci ilin fevralından fəaliyyətə başlamasına baxmayaraq qısa müddət ərzində PalSüd məhsulları istehlakçıların rəğbətini qazanaraq yerli bazarda tanınan ticarət nişanına çevrilib. Son aylarda satış həcmini 50% artıran şirkət yerli bazarda qazandığı uğuru daha da genişləndirmək əzmindədir.


Ən müasir texnologiyalar və avadanlıqlarla təchiz olunmuş və 40 000 m2 sahədə yerləşən zavod gündə 150 000 litr süd emal etmə imkanına malikdir. Ətraf rayonların şəxsi təssərüfatlarından yığılan süd zavod laboratoriyasında yoxlanılib emal edildikdən sonra hazır məhsulların istehsalında istifadə edilir. PalSüd-ün istehsal etdiyi məhsulların yüksək keyfiyyətinə şirkətdə tətbiq olunan keyfiyyət sistemləri, habelə beynəlxalq İSO 22000:2005 sertifikatı zəmanət verir.

 

Fabrikada hər gün müxtəlif yağlılığa malik 34 növ məhsul - uzun ömürlü süd, ətirli (aromatlaşdırılmış) süd növləri, bəyaz pendir, qaymaqli və qaymaqsiz qatiq, ayran, nanəli ayran (naran), süzmə, kərə yağı, meyvəli yoqurtlar, kəsmik, xama, holland pendiri və digər məhsullar istehsal edilir.

 

Ünvan:  Azərbaycan, Bakı
Dərnəgül şossesi, 2095 məhəllə
AZ1108
Tel:     +994 5651221
Faks:   +994 5651225

 

Ünvan:  Azərbaycan, Lənkəran, Ş.Axundov küç, 39
Tel:     +994 171 40922
Faks:   +994 171 42757

e-mail: palsud@palsud.az

www.palsud.az


 

Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.