Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
24%
3%
4%
39%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Reklam

“Xəzər Lənkəran” mərkəzi stadionunda reklam

 

“Xəzər Lənkəran” Futbol Kluibu “Xəzər Lənkəran” mərkəzi stadionunda şirkətinizin və ya istehsal etdiyiniz məhsul, göstərdiyiniz xidmətlərin reklamını yerləşdirməyi təklif edir.

“Xəzər Lənkəran” mərkəzi stadionu Azərbaycaqnın ən populyar Futbol Klubu olan “Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi idman qurğusudur.  UEFA və FİFA-nın tələblərinə cavab verən, inşaası 2 il davam edən  stadion  2006- cı ildə istifadəyə verilmişdir və hazırda beynəlxalq stqatus daşıyır. “Xəzər Lənkəran” mərkəzi stadionu UEFA İnfrastruktur və Lisenziyalaşdırma Departamentinin inspektorları tərəfindən Qafqazın ən müasir standartlara  uyğun arenası kimi dəyərləndirilmişdir.


Stadionda Azərbaycan Çempionatı və Azərbaycan Kuboku yarışları çərçivəsində keçirilən oyunlarla yanaşı, ən yüksək statuslu beynəlxalq səviyyəli görüşlər də keçirilir. 2010-cu il Cənubi Afrika Respublikasında baş tutan Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində qarşılan Azərbaycan və Finləndiya Milli komandalarının oyunu, bundan başqa FIFA U-17 Qadınlararası Dünya Çempionatının da bəzi oyunları məhz “Xəzər Lənkəran” mərkəzi stadionunda keçirilmişdir. Qeyd edək ki, bunadək Azərbaycan Milli komandası rəsmi ev oyunlarını yalnız Bakıda keçirirdi.


“Xəzər Lənkəran” mərkəzi stadionunun azarkeş tutumu 15 000 nəfərdir. Azərbaycan Çempionatı və Azərbaycan Kuboku uğurunda yarışların rəsmi statistikası təsdiq edir ki, “Xəzər Lənkəran” ölkənin ən çox azarkeş toplayan komandasıdır. Məsələn, ötən mövsüm komandanın 16 ev oyununu 142 800 tamaşaçı canlı izləyib. Baxmayaraq ki, ötən mövsüm “Xəzər Lənkəran” üçün elə də uğurlu alınmamışdı bu rəqəm əvvəlki illərin göstəricini üstələyir. Buradan isə belə nəticə çıxarmaq olar ki, komandanın nəticələri və oyunların televiziya vasitəsi ilə yayınlanıb-yayınlanmamasından (yeri gəlmişkən, komandamızın oyunlarının hamısı televiziya vasitəsi ilə yayınlanır) asılı olmayaraq, “Xəzər Lənkəran”a böyük azarkeş marağı təmin olunub.


Abunə kartları və biletlərin sektorlar üzrə satışı əsasında deyə bilərik ki, stadionu ziyarət edən azarkeşlər müxtəlif yaş və sosial qrupu aiddirlər. Burada az yaşlı uşaqlara da, yaşlı adamlara da, adi fəhlə və işçilərlə yanaşı, uğurlu iş adamlarına da rast gəlmək olar.
Biz “Xəzər Lənkəran” Futbol Klubu ilə əməkdaşlıq etmək arzusunda olan iş adamları və şirkətləri maraqlandırmaq üçün müntəzəm olaraq yeni təkliflər paketi, güzəştlər sistemi, sponsorluq paketləri hazırlamağa çalışacağıq.

Hazırda Sizə stadionun meydançasının kənarında quraşdırılmış 6x1 metr ölçülü mexaniki bannerlərdə, tribunaların aşağısındakı divarda yerləşdirilməsi mümkün ???*2 metr ölçülü bannerlərdə reklam sifariş etməyi və ya reklamınızı stadionun tablosunda (monitorda) nümayiş etdirməyi təklif edirik.

Ünvan:
Bakı. Teymur əliyev küçəsi, 27
Tel:  +994 12 563 60 70 (71, 72)
Fax: +994 12 563 60 75
e-mail: r.azizov@lankaranfc.com
Web: www.lankaranfc.com


Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.