”Xəzər Lənkəran”da ilk latviyalı
(Oxunub - 736)
Unibank Premyer Liqasının IV turunun AZAL ilə qarşılaşması “Xəzər Lənkəran”ın qapıçısı Denis Romanovs üçün əlamətdar olub. Legioner qolkiper karyerasında ilk dəfə klubumuzun əsas komandasında meydana çıxmaqla adını “Xəzər Lənkəran”ın tarixinə yazdırıb.
Romanovsun debütü sayəsində komandamızın tarixi ərzində formasını geyənlərin ümumi sayı 112-ə çatıb. O, həm də “Xəzər Lənkəran”in 6 illik tarixində 63-cü legioner olub.
Qapıçıya qədər 62 əcnəbi klubumuzun formasını geysə də Denisə kimi onun həmyerliləri “Xəzər Lənkəran”da çıxış etməmişdi. Bu isə o deməkdir ki, matçın gedişində Kamran Ağayevi əvəzləyən legioner klubumuzun tarixinə ilk Latviya təmsilçisi kimi düşüb.
İndiyədək 24 ölkədən gələn futbolçulara güvənən komandamız üçün Latviya “kəşf olunan” 25-ci dövlət olub: Türkiyə, Rumıniya – hərəyə 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Portuqaliya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya – hərəsi 1.
Xatırladaq ki, Premyer Liqanın ilk üç turunda daha 8 futbolçu komandamızda debüt etmişdi. Stelian Stanku, Dieqo Ruis və Tural Cəlilovun debütü I, Katalin Doman və Konstantin Arbanasın ilk oyunu II tura təsadüf etmişdisə Asif Məmmədov, Adrian İordake və Uinston Parks yalnız III turda buna nail olmuşdular.
Kəpəz 1:4 X. LənkəranUnibank Premyer Liqası, 17 turGəncə şəhər stadionu16 dekabr, 14:00
X. Lənkəran 3:0 BakıUnibank Premyer Liqası, 18 turLənkəran şəhər Mərkəzi Stadionu21 dekabr, 16:00
Turan -:- X. LənkəranUnibank Premyer Liqası, 19 turTovuz şəhər stadionu
11 fevral
X. Lənkəran -:- AZALUnibank Premyer Liqası, 20 turLənkəran şəhər Mərkəzi Stadionu
15 fevral
Qəbələ -:- X. LənkəranUnibank Premyer Liqası, 21 turQəbələ şəhər stadionu
21 fevral
| UPL tur oyunlari |
||
| 20 dekabr |
||
| Simurq |
0:2
|
İnter |
| Sumqayıt | 1:0 | Turan |
| Rəvan | 3:1 | AZAL |
| 21 dekabr | ||
| Qəbələ | 0:0 | Qarabağ |
| X. Lənkəran | 3:0 | Bakı |
| Neftçi | 2:0 | Kəpəz |
| Y | Komanda | O | X | |
| 1 | Neftçi | 18 | 37 | |
| 2 | İnter | 18 | 36 | |
| 3 | X.Lənkəran | 18 | 35 | |
| 4 | Qarabağ | 18 | 29 | |
| 5 | Bakı | 18 | 29 | |
| 6 | Qəbələ | 18 | 26 | |
| 7 | AZAL | 18 | 23 | |
| 8 | Rəvan | 18 | 22 | |
| 9 | Simurq | 18 | 19 | |
| 10 | Kəpəz | 18 | 16 | |
| 11 | Sumqayıt | 18 | 15 | |
| 12 | Turan | 18 | 11 |
| Y | Oyunçu | K | Q |
| 1 | Bahodir Nasimov | 11 | |
| 2 | Robertas Poşkus | 8 | |
| 3 | Tales Şutz | 8 | |
| 4 | Flavio Aleks Valensio | 7 | |
| 5 | Uinston Parks | 6 | |
| 6 | Luis Hilario | 6 |




